Icma.az
close
up
RU
Almaniya müharibə üçün arxa cəbhə yollarını hazırlayır, amma boşluqlar var

Almaniya müharibə üçün arxa cəbhə yollarını hazırlayır, amma boşluqlar var

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Almaniyanın Şimal dənizi sahilində yerləşən Bremerehafen şəhərində Avropanın ən böyük avtomobil limanı 1,35 milyard avro dəyərində modernləşdirilir. Dövlətin bu sərmayəsi "Mercedes-Benz" və "Volkswagen" avtomobillərinin ixracını artırmaq üçün deyil, 60 tonluq "Leopard” tankı kimi hərbi texnikanın gələcək döyüş xəttlərinə daşınmasını təmin etmək üçün yük doklarının gücləndirilməsinə yönəlib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg" yazır.

Məqalədə qeyd olunur ki, bu layihə Almaniyanın 2026-cı il büdcəsinə daxil edilib və ölkənin mümkün müharibəyə hazırlıq üzrə daha geniş strategiyasının bir hissəsidir. Avropaya hücum halında Almaniyanın mərkəzi yerləşməsi və sənaye resursları onu hərbi təchizat üçün strateji logistik mərkəzə çevirə bilər.

Lakin ölkənin silahlı qüvvələri bu vəzifəni təkbaşına yerinə yetirmək gücündə deyil və buna görə də özəl sektorun dəstəyinə ehtiyac var. Bu çərçivədə Bremerehafen limanında fəaliyyət göstərən "BLG Logistics" kimi şirkətlər prosesə cəlb olunur.

"Bu layihəyə investisiya qərarı bizim üçün dönüş nöqtəsidir. Hazırda çox müsbət danışıqlar aparırıq və bu il ilk böyük investisiyaları həyata keçirəcəyimizə ümid edirik”, BLG şirkətinin baş direktoru Matias Maqnor bildirib.

Şirkətlər Almaniya ordusuna nəqliyyat və anbar xidmətləri göstərməyə hazır olsalar da, maneələr qalmaqdadır. Yol və dəmir yolu infrastrukturundakı problemlərlə yanaşı, təxminən 5 min körpünün təmirə ehtiyacı var. Lakin Bundesver sürətli kütləvi səfərbərlik üçün tələb olunan miqyasda dövlət-özəl tərəfdaşlıqlara hazır deyil.

Məqalədə qeyd edilir ki, II Dünya müharibəsindən qalan miras səbəbindən Almaniyada mülki və hərbi strukturlar ciddi şəkildə ayrılıb. Məsələn, Bundesverin öz logistik komandanlığı var və yalnız hərbi heyət texnikanı birbaşa döyüş bölgəsinə çatdıra bilər. Lakin bu sərhədlər tədricən yumşalmağa başlayır.

Bunun nümunələrindən biri Bundesverin satınalma agentliyidir ki, o, şirkətlərlə birbaşa əlaqə saxlamır və yalnız xüsusi platformalar vasitəsilə kommunikasiya aparılır.

Hökumət isə daha çox mülki şirkətlərin prosesə cəlb olunmasına çalışır. Bunun əsas istiqaməti 2024-cü ilin martında tamamlanan "Almaniya üçün əməliyyat planı”dır. Bu sənəd hücum halında özəl sektorun müdafiəyə necə dəstək verməli olduğunu müəyyən edir və yüz minlərlə əsgərin təchizatının logistik koordinasiyasını nəzərdə tutur.

Lakin plan məxfi saxlanılır və logistika şirkətləri yalnız onun ayrı-ayrı hissələri ilə tanışdır. Bu isə özəl sektorun prosesdə necə iştirak edəcəyini tam anlamasını çətinləşdirir.

Alman logistika assosiasiyası DSLV-nin direktor müavini Nils Boyk bildirir ki, hazırlıq prosesi ciddi bürokratiya ilə müşayiət olunur. Şirkətlərdən nəqliyyat parkı, anbar tutumu və işçi heyəti barədə detallı məlumatlar tələb olunsa da, qarşılığında kifayət qədər şəffaflıq yoxdur.

"Bloomberg" yazır ki, Almaniyanın bu istiqamətdə siyasətində kəskin dəyişiklik 2022-ci ildə Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra başlayıb. ABŞ prezidenti Donald Trampın Avropadan qoşun çıxarma ehtimalı da bu prosesə təcili xarakter verib.

"Reuters"in məlumatına görə, ABŞ Avropadakı 5000 hərbçini çıxarmağa hazırlaşır və prosesin 6–12 ay ərzində tamamlanması planlaşdırılır. ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi isə bu qərarın müttəfiqlərin ABŞ əməliyyatlarına yetərli dəstək verməməsi ilə bağlı narazılıqlarla əlaqəli olduğunu bildirib.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 May 2026 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see332

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see304

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see302

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see298

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see272

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see268

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see258

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see249

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see247

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see243

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see241

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see225

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see224

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see224

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see222

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see220

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see216

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see210

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see209

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri