Icma.az
close
up
RU
Almaniya Prezidenti federal parlamentin buraxılması barədə qərarı elan edib AZƏRTAC

Almaniya Prezidenti federal parlamentin buraxılması barədə qərarı elan edib AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Berlin, 27 dekabr, AZƏRTAC

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer dekabrın 27-də ölkə parlamentinin – Bundestaqın buraxılması barədə qərarı elan edib.

AZƏRTAC xəbər verir ki, Federal Prezident qərarı “Bellevue” sarayında təşkil olunan brifinqdə açıqlayıb.

Frank-Valter Ştaynmayer yeni – növbədənkənar seçkilərin 2025-ci il fevralın 23-də keçiriləcəyini bildirib. Bu tarix partiyalar arasında daha əvvəl razılaşdırılmışdı.

Bununla da dövlət başçısı dekabrın 16-da Bundestaqda keçirilmiş etimad səsverməsinin uğursuzluqla nəticələnməsindən sonra Kansler Olaf Şoltsun parlamentin buraxılması ilə bağlı müraciətinə uyğun olaraq bu qərarı qəbul edib.

Xatırladaq ki, Sosial Demokrat Partiya (SPD), Azad Demokrat Partiyası (FDP) və Yaşıllar Partiyasından ibarət koalision hökumət FDP-nin sədri və maliyyə naziri Xristian Lindnerin iqtisadi durğunluqla mübarizə, dövlət xərcləri və büdcə məsələlərinə dair fikir ayrılığı ilə əlaqədar Kansler Olaf Şolts tərəfindən vəzifəsindən azad olunmasından sonra onun rəhbərlik etdiyi partiya koalisiyadan ayrıldığını elan etmişdi. Bundan sonra lazımi çoxluğu təmin edə bilməyən SPD-Yaşıllar koalisiyasına etimad göstərilməsinə dair məsələ dekabrın 16-da Bundestaqda səsverməyə çıxarılmışdı. Şolts hökumətinə etimad göstərilməsi üçün federal parlamentdəki 733 deputatdan ən azı 367-si qərarın lehinə səs verməli idi. Lakin deputatlardan 207-si hökumətin lehinə, 394-ü əleyhinə səs vermiş, 116 deputat isə bitərəf qalmışdı. Bundan sonra Kansler Olaf Şolts parlamentin buraxılması barədə qərar qəbul etmək üçün Federal Prezident Frank-Valter Ştaynmayerə müraciət etmişdi.

Almaniya Konstitusiyasına görə, Bundestaqda hökumətə etimad göstərilmədikdə Federal Prezident parlamentin buraxılması barədə 21 gün ərzində qərar qəbul etməlidir. Bundan sonra ən gec 60 gün ərzində növbədənkənar seçkilər keçirilməlidir. Beləliklə, normal təqvimlə 2025-ci il sentyabrın 28-də keçirilməli olan parlament seçkiləri hökumət böhranından sonra SPD və Birlik partiyaları arasında daha əvvəl razılaşdırılmış tarixdə - fevralın 23-də baş tutacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri