Almaniya Prezidenti FrankValter Ştaynmayer Azərbaycan Prezidentinə başsağlığı verib AZƏRTAC
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 29 dekabr, AZƏRTAC
Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması və 38 nəfərin həyatını itirməsi ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
AZƏRTAC xəbər verir ki, Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevə ünvanlandığı məktubda təyyarə qəzası ilə xəbəri böyük kədərlə öyrəndiyini bildirib.
Dövlətimizin başçısına və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən və həmrəyliyini ifadə edən Almaniya Prezidenti bu ağır vaxtlarda fikirlərinin ailə üzvlərini və dostlarını itirənlərlə olduğunu qeyd edib.
O, yaralananların tezliklə və tam şəkildə sağalmalarını arzulayıb, bu faciənin araşdırılmasında sürətli irəliləyişə nail olunacağına ümid etdiyini vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 29 Dekabr 2024 17:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















