Icma.az
close
up
RU
Almaniya Prezidenti ilə görüşündə Prezident İlham Əliyev yenidən ciddi mesajlar verdi

Almaniya Prezidenti ilə görüşündə Prezident İlham Əliyev yenidən ciddi mesajlar verdi

Icma.az, Sia Az saytına istinadən bildirir.

Elnarə Akimova

Milli Məclisin deputatı, YAP idarə Heyətinin üzvü, filologiya elmləri doktoru

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya münasibətlərində qurulan yeni körpünün başlanğıcı kimi qəbul edilməlidir. İlham Əliyev Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf dövriyyəsinə qədəm qoyduğunu bildirərək bu münasibətin iqtisadi, siyasi, humanitar tərəflərinə diqqət yönəltmişdir. Görüş zamanı Prezident İlham Əliyev bir çox mühüm beynəlxalq məsələlərlə bağlı Almaniya Prezidenti ilə fikir mübadiləsi aparmış, Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi, Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi kimi aktual məqamlara toxunmuşdur. Həmçinin görüş zamanı ölkə başçısı yenidən ciddi mesajlar vermişdir.

Ermənistanın sülh müqaviləsinin imzalaması ilə bağlı Azərbaycan tərəfindən müəyyən şərtlər irəli sürüldüyünü bildirən İlham Əliyev bununla həm Qarabağla bağlı Ermənistanın ərazi iddialarından əl çəkməli olmasının zəruriliyi məsələsini aktuallandırdı, həm də beynəlxlaq təşkilatların bu məsələdə heç nəyə yaramadığını bir daha gündəmə gətirdi. Qarabağ məsələsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin imza atdığı qələbənin izharını çatdırmaqla yanaşı, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etməsi ilə bağlı gerçəkliyin ifadəsidir. “Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir”. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-ValterŞtaynmayerin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bir daha vurğuladı. Prezident bildirdi ki, bizim xalqımız etnik təmizləməyə məruz qalıb: “Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.

Beləliklə, dövlətimizin başçısı bir daha Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxladığını və xalqımıza qarşı etnik təmizləmə apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Aydındır ki, Ermənistanın silahlı qüvvələrinin qeyd-şərtsiz işğal etdiyi torpaqlarımızdan çıxarılması ilə bağlı BMT qətnamələri olsa da, icra mexanizmi olmayıb. Beynəlxalq təşkilatlar və ölkələr Ermənistanın işğalına göz yumublar. Nəticədə isə Azərbaycan Ordusu beynəlxalq ədaləti və hüquqi öz gücünə bərpa etdi. Bu müddət ərzində müəyyən beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsinə və torpaqlarının işğal altında qalmasına hüquqi-siyasi qiymət verməli idi. Ən azından hər şeyi hüquqi müstəvidə həll etdiyini vurğulayan Avropadan bunu gözləməyə haqqımız var idi. Hətta atəşkəsdən sonra bu münasibəti onlardan gözləyirdik. Lakin beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlardan yanaşdılar və Ermənistana havadarlıq etmək yolunu tutdular. Onlar xalqımıza qarşı olunan soyqırımı, terror hadisələrini, mülki əhali və körpələrin hədəfə alınmasını, eləcə də haqlı mübarizəmizi görməzdən gəldilər. Bu faktların heç birinə hüquqi və ya siyasi istiqamətdə qiymət verilmədi. Lakin 44 günlük Vətən müharibəsində qələbə qazanaraq tarixi və ilahi ədaləti bərpa etdik. Biz öz mübarizəmizlə, xalqımızın, hakimiyyətimizin qətiyyəti və birliyi ilə Zəfərə nail olduq. Hətta bugünlərdə 9-cu ildönümü olan Aprel döyüşləri də Zəfərimiz üçün zəmin oldu. Ən böyük gücümüzün elə özümüz olduğunu dünyaya göstərdik. 30 il ərzində münaqişənin sülh yolu ilə həll olunmasını gözlədik.

Təəssüf ki, erməni lobbisi və havadarları sülhə mane olaraq, işğalla barışmağımızı istədilər. Onlar torpaqlarımızın işğal altında olmasına və minlərlə soydaşımızın qaçqın düşməsinə qiymət verməkdən çəkindilər. Ona görə də cənab Prezident İlham Əliyev hər zaman bu məsələləri xüsusi vurğulayaraq, reallıqları dünyanın diqqətinə çatdırır.

Ölkə başçısının qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin çox müsbət nəticələri olacaq, iki ölkə arasında daha uğurlu işlərə imza atılacaq, münasibətləri və dostluqları daha da gücləndirəcəkdir. Ermənilər, onlara havadarlıq edən beynəlxalq təşkilatlar isə İlham Əliyevin mesajlarına ciddi yanaşmalı, öz üzərlərinə düşən missiyanı gerçəkləşdirmək üçün tələsməlidirlər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri