Icma.az
close
up
RU
Almaniyalı həmkarı ilə görüşündə Prezident İlham Əliyev yenidən ciddi mesajlar verdi ŞƏRH

Almaniyalı həmkarı ilə görüşündə Prezident İlham Əliyev yenidən ciddi mesajlar verdi ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 4 aprel, AZƏRTAC

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də ölkəmizə səfəri zamanı mətbuata verdiyi bəyanat Azərbaycan-Almaniya münasibətlərində qurulan yeni körpünün başlanğıcı kimi qəbul edilməlidir. Dövlətimizin başçısı Azərbaycan-Almaniya münasibətlərinin yeni inkişaf dövrünə qədəm qoyduğunu bildirərək, bu münasibətin iqtisadi, siyasi, humanitar tərəflərinə diqqət yönəltdi. Görüş zamanı Prezident İlham Əliyev bir çox mühüm beynəlxalq məsələlərlə bağlı Almaniya Prezidenti ilə fikir mübadiləsi apardı, Azərbaycanın COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi, Amerika-Avropa İttifaqı gərginliyi, Rusiya-Qərb gərginliyi kimi aktual məqamlara toxundu. Həmçinin görüş zamanı ölkə rəhbəri yenidən ciddi mesajlar verdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova bildirib. O vurğulayıb ki, Ermənistanın sülh müqaviləsinin imzalaması ilə bağlı Azərbaycan tərəfindən müəyyən şərtlər irəli sürüldüyünü bildirən Prezident İlham Əliyev bununla həm Qarabağla bağlı Ermənistanın ərazi iddialarından əl çəkməli olmasının zəruriliyi məsələsini vurğuladı, həm də beynəlxalq təşkilatların bu məsələdə heç nəyə yaramadığını bir daha gündəmə gətirdi. Qarabağ məsələsində Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər ölkəmizin imza atdığı Qələbənin izharını çatdırmaqla yanaşı, Azərbaycanın bu münaqişəni və beynəlxalq hüququ döyüş meydanında və siyasi müstəvidə həll etməsi ilə bağlı gerçəkliyin ifadəsidir.

“Azərbaycan 30 il ərzində erməni işğalından əziyyət çəkmişdir”. Bu sözləri Prezident İlham Əliyev Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatda bir daha vurğuladı. Prezident bildirdi ki, bizim xalqımız etnik təmizləməyə məruz qalıb: “Bir milyon azərbaycanlı erməni aqressiyasına görə evsiz-eşiksiz qalmışdır və torpaqlarımızın təxminən 20 faizi işğal altına düşmüşdür. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı ciddi addım atmamışlar. Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir. Məhz bu tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır. Hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır”.

“Beləliklə, dövlətimizin başçısı bir daha Ermənistanın 30 il ərzində torpaqlarımızı işğal altında saxladığını və xalqımıza qarşı etnik təmizləmə apardığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Aydındır ki, Ermənistan silahlı qüvvələrinin işğal etdiyi torpaqlarımızdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT qətnamələri olsa da, icra mexanizmi olmayıb. Beynəlxalq təşkilatlar və ölkələr Ermənistanın işğalına göz yumublar. Nəticədə isə Azərbaycan Ordusu beynəlxalq ədaləti və hüquqi öz gücünə bərpa etdi. Bu müddət ərzində müəyyən beynəlxalq təşkilatlar Azərbaycanın haqq mübarizəsinə və torpaqlarının işğal altında qalmasına hüquqi-siyasi qiymət verməli idi. Ən azından hər şeyi hüquqi müstəvidə həll etdiyini vurğulayan Avropadan bunu gözləməyə haqqımız var idi. Hətta atəşkəsdən sonra bu münasibəti onlardan gözləyirdik. Lakin beynəlxalq təşkilatlar bu məsələyə ikili standartlardan yanaşdılar və Ermənistana havadarlıq etmək yolunu tutdular. Onlar xalqımıza qarşı törədilmiş soyqırımı, terror hadisələrini, mülki əhali və körpələrin hədəfə alınmasını, eləcə də haqlı mübarizəmizi görməzdən gəldilər. Bu faktların heç birinə hüquqi və ya siyasi istiqamətdə qiymət verilmədi. Lakin 44 günlük Vətən müharibəsində Qələbə qazanaraq tarixi və ilahi ədaləti bərpa etdik. Biz öz mübarizəmizlə, xalqımızın, dövlətimizin qətiyyəti və birliyi ilə Zəfərə nail olduq. Hətta bu günlərdə 9-cu ildönümü olan Aprel döyüşləri də Zəfərimiz üçün zəmin oldu. Ən böyük gücümüzün elə özümüz olduğunu dünyaya göstərdik. Otuz il ərzində münaqişənin sülh yolu ilə həll olunmasını gözlədik”, - deyə deputat əlavə edib.

Müsahibimiz təəssüflə bildirib ki, erməni lobbisi və havadarları sülhə mane olaraq işğalla barışmağımızı istədilər. Onlar torpaqlarımızın işğal altında olmasına və minlərlə soydaşımızın qaçqın düşməsinə qiymət verməkdən çəkindilər. Ona görə də Prezident İlham Əliyev hər zaman bu məsələləri xüsusi vurğulayaraq, reallıqları dünyanın diqqətinə çatdırır.

“Ölkə başçısının qeyd etdiyi kimi, ikitərəfli münasibətlərin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əlbəttə ki, bu səfərin çox müsbət nəticələri olacaq, iki ölkə arasında daha uğurlu işlərə imza atılacaq, münasibətləri və dostluqları daha da güclənəcək. Ermənilər, onlara havadarlıq edən beynəlxalq təşkilatlar isə Prezident İlham Əliyevin mesajlarına ciddi yanaşmalı, öz üzərilərinə düşən missiyanı gerçəkləşdirmək üçün tələsməlidirlər”, - deyə E.Akimova fikrini tamamlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Aprel 2025 10:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri