Icma.az
close
up
RU
Almaniya Prezidenti: Nifrət və zorakılıq son söz olmamalıdır AZƏRTAC

Almaniya Prezidenti: Nifrət və zorakılıq son söz olmamalıdır AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Berlin, 17 yanvar, AZƏRTAC

“Qorxu, qəzəb və qeyri-müəyyənlik qarşısında sarsılmağımıza icazə verməməliyik. İnanırıq ki, nifrət və zorakılıq son söz olmamalıdır”.

AZƏRTAC xəbər verir ki, bu fikri Almaniyanın Federal Prezidenti Frank-Valter Ştaynmayer Maqdeburq şəhərində keçirilən anım mərasimində çıxışında deyib.

“Sülhsevər, tolerant və həmrəy cəmiyyətdə yaşamaq istədiyimiz üçün birlikdəyik – bu gün bu meydandan gələn mesaj budur. Parçalanmağımıza imkan verməyəcəyik. Ölkəmizə xas olan əsas məqam lazım gəldikdə birlik içərisində olmağımızdır. Bu gün görmək istədiyimiz budur”, - deyə dövlət başçısı vurğulayıb.

Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı olan Maqdeburq şəhəri 1945-ci il yanvarın 16-da şiddətli bombardmana məruz qalıb. Nəticədə şəhərin böyük hissəsi yerlə-yeksan edilib. Hər il yanvarın 16-da bu hadisənin ildönümü ilə bağlı anım tədbiri keçirilir. Builki tədbirdə əsas diqqət dekabrın 20-də Milad yarmarkasına edilən hücum nəticəsində həlak olanların xatirəsinin anılmasına yönəlib.

Anım tədbirində iştirak edən dövlət başçısı faciə qurbanlarının ailə üzvləri, hücum zamanı xəsarət alan şəxslərlə görüşüb, hücum zamanı fədakarlıqlarına görə xilasedicilərə, könüllülərə, həkimlərə və din xadimlərinə təşəkkürünü bildirib.

Sonra Prezident Müqəddəs İohan kilsəsinin qarşısına əklil qoyub, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirib, xatirə kitabına ürək sözlərini yazıb.

Xatırladaq ki, əslən Səudiyyə Ərəbistanından olan 50 yaşlı Taleb Al Abdulmohsen adlı şəxs dekabrın 20-də yüksək sürətlə idarə etdiyi BMW X3 markalı avtomobili şəhərdəki Milad yarmarkasında izdihamın üzərinə sürməsi nəticəsində həmin gün 5 nəfər, o cümlədən dörd qadın və bir uşaq həlak olmuş, 300-dən çox insan xəsarət almışdı. Xəsarət alanlardan biri hadisədən təxminən iki həftə sonra xəstəxanada dünyasını dəyişmişdi.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Yanvar 2025 03:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see252

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see198

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see147

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see147

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see141

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see139

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see136

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see136

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see134

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see132

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see132

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see132

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see129

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri