Icma.az
close
up
RU
Almaniya raket arsenalını gücləndirir

Almaniya raket arsenalını gücləndirir

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniya Hökuməti TAURUS NEO qanadlı raketlərinin istehsalının təşkili üçün müqavilə imzalayıb. MBDA və SAAB şirkətlərinin birgə müəssisəsi olan TAURUS Systems yeni nəsil raketlərin seriyalı istehsalı məqsədilə istehsal xəttinin hazırlanması üçün sifariş alıb. Bu barədə MBDA mətbuat açıqlamasında məlumat verib.

Müqavilənin icrasından sonra Almaniya ərazisində TAURUS NEO raketlərinin genişmiqyaslı istehsalına başlanması planlaşdırılır. Bu addım Bundesverin zərbə imkanlarının artırılması və Avropanın ümumi müdafiə potensialının gücləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

MBDA Qrupunun strategiya üzrə icraçı direktoru Tomas Qottsşild bildirib ki, TAURUS NEO layihəsi Almaniyanın dərin zərbə imkanlarını məqsədyönlü şəkildə inkişaf etdirməsinə xidmət edir və Avropa ilə NATO-nun çəkindirmə qabiliyyətinə mühüm töhfə verir. Şirkətin məlumatına görə, 2024-cü ilin dekabrında imzalanmış TAURUS raketlərinin texniki xidməti və modernləşdirilməsi üzrə müqavilə çərçivəsində artıq yeni texnologiyaların hazırlanmasına başlanılıb. Bu da ilk TAURUS NEO sistemlərinin mümkün qədər qısa müddətdə istifadəyə verilməsini nəzərdə tutur.

Yeni müqavilə qabaqcıl texnoloji imkanların inkişafını, istehsal gücünün genişləndirilməsini və genişmiqyaslı seriyalı istehsala hazırlığı əhatə edir. Məlumata görə, Almaniya ümumi dəyəri təxminən 2,1 milyard avro olan 600-ə qədər TAURUS NEO qanadlı raket almağı planlaşdırır.

Eyni zamanda, MBDA Avropanın artan müdafiə ehtiyacları fonunda raket istehsalını əhəmiyyətli dərəcədə artırmaq və çatdırılma müddətlərini azaltmaq məqsədilə 2025–2029-cu illər ərzində 2,4 milyard avro həcmində sərmayə qoymağı nəzərdə tutur.

Daha əvvəl yayılan məlumatlara əsasən, əvvəlki TAURUS versiyasını əvəz edəcək TAURUS NEO raketinin yeni mühərriklə təchiz olunacağı gözlənilir. Bu amil gələcəkdə Ukraynanın da bu silah sisteminə çıxış imkanlarını asanlaşdıra biləcək texniki dəyişikliklərdən biri kimi qiymətləndirilir.

TAURUS Systems GmbH isə TAURUS NEO raketlərinin istehsalı üçün material təminatına 400–500 milyon avro həcmində əlavə sərmayə yatırmağı planlaşdırır. Bu investisiyalar gələcəkdə kütləvi istehsalın davamlı şəkildə həyata keçirilməsinə şərait yaratmalıdır.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Yanvar 2026 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri