Icma.az
close
up
RU
Çin nüvə arsenalını gücləndirir

Çin nüvə arsenalını gücləndirir

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


Çinin raket qoşunları Yaponiyanın məğlubiyyətinin 80 illiyinə həsr olunmuş hərbi paradda üç yeni sinif qitələrarası ballistik, yəni "QBR" tipli raket nümayiş etdirib. ABŞ hərbi jurnalı "Military Watch Magazine" yazıb ki, bu raketlərin hər biri hərbi sahədə sürətlə inkişaf edən Pekinin nüvə arsenalını çox əhəmiyyətli dərəcədə gücləndirəcək.
Reyting.az
xəbər verir ki, yeni təqdim olunmuş bu raketlərdən ikisi mövcud sistemlərin təkmilləşdirilmiş ən müasir versiyaları olan "DF-5C", eləcə də "DF-31BJ" modelləridir. "DF-5" isə Çinin yeganə və ən ağır raket kompleksidir. Bu raket həm də, daha böyük faydalı yük daşımaqla çoxsaylı döyüş başlıqlarını yerləşdirmə qabiliyyətinə malikdir.
ABŞ nəşri yazır ki, "DF-31" 2000-ci illərin ortalarından qoşun hissələrindəki mobil şassi üzərində yerləşdirilən etibarlı bir raket sayılır. Hazırda "DF-31BJ" raketi Çinin mobil nüvə qüvvələrinin əsasını təşkil edir.
Texniki imkanlarına görə, "DF-31BJ" və DF-61" əvvəlki nəsillərlə müqayisədə çox sürətli, daha hazırlıqlıdır və mükəmməl buraxılış müddətinə sahibdir.
Yeni raket modellərdən söz açan amerikalı hərbi mütəxəssislərin fikrincə, bu raketlərin ən əsas uğuru onların hər üçünün yeni sinfin hipersəs sürətli planerlərlə təchiz olunub daha çox sürətlə hərəkət etməsidir.
Xatırladaq ki, Çin raket sahəsindəki ən böyük irəliləyişi 2021-ci ildə nümayiş etdirib. Həmin vaxt Çin ordusu dünyanı bir dəfə dövrə vuran və sonda da Çindəki hədəfi dəqiq vurub enən hipersəs planerlə təchiz edilmiş ən böyük qitələrarası raketini ilk sınaqdan keçirmişdi. Bu sınaqdan sonra ABŞ-nın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədr müavini general Con Hayton bunu "tarixdə misli görünməmiş böyük hadisə" adlandırmışdı.
Ekspertlərin fikrincə, Çin çox ehtimal ki, artıq bəzi yeni qitələrarası raketlərinə ən müasir və son model hipersəs planerləri inteqrasiya edib. Çinin çox böyük sürətlə böyüyən nüvə proqramı fonunda özünün istehsal tempinə görə, hətta digər hərbi güc sayılan dövlətləri belə geridə qoyur. Bu isə rəsmi Pekinə yeni yollar açmaqla, ABŞ və Rusiya ilə nüvə balansındakı fərqi qısaltmaq, həmçinin daha mürəkkəb texnologiyalara üstünlük vermək imkanı yaradır.
Oqtay QORÇU
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://reyting.az
archiveBu xəbər 05 Sentyabr 2025 08:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see371

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see281

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see273

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see270

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see223

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see223

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see222

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see207

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see200

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see192

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see176

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see175

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see170

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see166

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see166

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see165

Neft 1 dollardan çox ucuzlaşıb

24 Avqust 2026 08:09see162

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see161

Polşa ordusu üçün minlərlə “Piorun” zenit raket kompleksi alacaq

24 Avqust 2026 07:23see157

Qazaxıstan seçkiləri: “Ədalət” 71,8% səslə liderdir

24 Avqust 2026 07:53see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri