Icma.az
close
up
RU
Almaniya Rusiyanı Kinli Oyun oynamaqda günahlandırdı

Almaniya Rusiyanı Kinli Oyun oynamaqda günahlandırdı

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Aralıq dənizinin Malta adasında iki gün davam edəcək ATƏT-in 31-ci Nazirlər Şurasının iclası öncəsi jurnalistlərə açıqlama verən Baerbok, “Rusiya Avropada sülh və təhlükəsizliyi hədəf almaq üçün bombalardan və pilotsuz uçuş aparatlarından istifadə etdiyi kimi, Putin də ATƏT-i balta ilə vurur" - dedi.
Turkustan.az xəbər verir ki, Rusiyanı “qeyri-qanuni oyun” oynamaqda günahlandıran Baerbok, “Biz nə Putinin bizim ümumi sülh nizamımızı bombalamasına və onu toza və külə çevirməsinə icazə verməyəcəyik, nə də Rusiyanın burada şərh vermədən öz kinli oyununu oynamasına icazə verməyəcəyik”- deyə, bildirdi.
Baerbok, Almaniya kansleri Olaf Şolz ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı və xarici işlər naziri Sergey Lavrovun Maltadakı görüşdə iştirakından sonra Rusiyanın təcridinin yumşaldıldığı iddiasını rədd edərək, beynəlxalq ictimaiyyətin Rusiyanın “hibrid müharibəsinə qarşı çıxmağa davam etdiyini” deyib.
Xarici işlər naziri Baerbok da Lavrovu Ukraynadakı müharibə ilə bağlı “dözülməz yalanlar” danışmaqda ittiham edib.
Maltada keçirilən ATƏT-in 31-ci Nazirlər Şurasının iclasında birbaşa Lavrova müraciət edən Baerbok “Özünüzü aldada bilərsiniz, amma bizi, Avropadakı 1,3 milyard insanı aldada bilməzsiniz” - dedi.
Baerbok çıxışında beynəlxalq ictimaiyyəti və xüsusilə də ATƏT-ə üzv dövlətləri bəzi fikir ayrılıqlarına baxmayaraq, təşkilatın təməl daşları olan sülh, azadlıq və təhlükəsizlik naminə birgə fəaliyyəti davam etdirməyə çağırıb.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 Dekabr 2024 13:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see199

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see169

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see156

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see134

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see131

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see125

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri