Almaniya səfirliyi SSRİ bayrağını təhqir etdiyinə görə üzr istədi
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Almaniyanın Moskvadakı səfirliyi yaydığı paylaşım səbəbindən üzr istəmək məcburiyyətində qalıb. AzPost xəbər verir ki, diplomatik missiya Sovet İttifaqının bayrağını təhqir edən və müharibədən sonrakı Almaniyanın işğal zonalarını əks etdirən xəritə yayımlayıb.
Hadisə səfirliyin rəsmi Telegram kanalında baş verib. Paylaşılan xəritədə SSRİ bayrağının dizaynı təhrif olunmuş şəkildə təqdim edilib. Sözügedən təsvirdə qırmızı fonda ağ dairə və qara svastika yerləşdirilmişdi ki, bu da Hitler Almaniyasının bayrağı ilə eynilik təşkil edirdi.
Məlumatı RİA Novosti yayıb. Almaniya səfirliyi açıqlamasında bildirib: “1945-ci ildə Almaniyanın dörd işğal zonasına bölünməsi ilə bağlı paylaşımda səhv məlumat və uyğun olmayan illüstrasiya yer alıb. Üzr istəyirik”. Diplomatik missiya vurğulayıb ki, abunəçilərinin hisslərini incitmək niyyətində olmayıblar və xəritəni dərhal başqa illüstrasiya ilə əvəz ediblər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova isə olaya sərt reaksiya verib. O bəyan edib ki, Almaniyada nasizm üzərində qələbənin 80 illiyi qeyd olunan vaxt belə bir paylaşımın üzrü artıq kifayət deyil.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 09 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















