Almaniya şəhəri yeni sakinlərinə pulsuz mənzil verir
Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.
Əhalisini artırmağa çalışan Almaniyanın Ayzenhüttenştadt şəhəri yeni sakinlərə iki həftəlik pulsuz sınaq müddəti təklif edir.
Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.
Berlindən təxminən 95 km aralıda yerləşən şəhər bələdiyyəsi iyulun əvvəlinə qədər pulsuz mənzil proqramı üçün müraciətləri qəbul edir.
Layihə hazırda təxminən 24.000 əhalisi olan Ayzenhüttenştadt şəhərinə köçməkdə maraqlı olan ixtisaslı işçilər və ya sərbəst işləyən insanlar üçün nəzərdə tutulub.
Seçilmiş iştirakçılar sentyabrın 6-dan 20-dək mebelli mənzillərdə pulsuz yaşayacaqlar.
Baxış sayı:89
Bu xəbər 09 İyun 2025 07:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















