Kuleba Kiyev sakinlərinə şəhəri tərk etmələrini tövsiyə etdi
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Kiyevdə döyüş əməliyyatları nəticəsində dağıntılar olacaq".
Moderator.az-ın xəbərinə görə, bu barədə Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba "Politika stranı" "Telegram" kanalına müsahibəsində bildirib.
O, Ukrayna paytaxtında "səs-küy yaranacağını" vurğulayıb və bildirib ki, Kiyev sakinləri şəhərdəki dağıntılara psixoloji cəhətdən indidən hazırlaşmalı, bəziləri isə şəhəri tərk etməlidirlər.
"Biz yaşayış binalarının, muzeylərin və müəssisələrin dağıdılmasının şahidi olduq. Bu, psixoloji cəhətdən çətindir, amma biz bu mənzərəyə hazır olmalıyıq", - deyə Dmitri Kuleba qeyd edib.
"Əgər kiminsə əsəbləri dözmürsə, mən bunu tamamilə başa düşürəm, hamıya ağırdır, o zaman Kiyevdəki həyata fasilə verməlisiniz. Mən hər kəsi diqqətli olmağa və təhlükəsizlik qaydalarına riayət etməyə çağırıram", - deyə o əlavə edib.
Xatırladaq ki, ötən gün Rusiya Kiyevə qarşı ardıcıl zərbələrin endirilməsini elan edib və əcnəbilərə Ukrayna paytaxtını mümkün qədər tez tərk etməyi tövsiyə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 26 May 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















