Almaniya şüurlu şəkildə səhv edir və Ermənistanın maraqları uğruna ikiüzlü davranış sərgiləyir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Bu barədə Bizimyol.info xəbər portalına Diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk bildirib.
Elnur Eltürk
“Almaniya ikiüzlü davranış sərgiləyir. Almaniya tərəfi bunu texniki səhv adlandırır. Bu, hər zaman belə olub. Şüurlu şəkildə buna gediblər. Böyük aparat bunu necə yanlışlıqla paylaşa bilər? Bu, mümkünsüzdür”-deyən Elnur Eltürk onu da əlavə edib ki, Almaniya bu addımı ilə real həqiqətlərin yox, Ermənistanın və erməni lobbisinin yaratdığı qondarma mifin yanında olduğunu təsdiqləyir.
“Bu davranış həm də daha onu göstərir ki, beynəlxalq hüquq və onun qaydaları söz yığınağından başqa bir şey deyil. 30 il Azərbaycanın haqsız olaraq hüquqları tapdalandı. Amma real addım atılmadı. Azərbaycan öz haqqını bərpa edərkən beynəlxalq ictimaiyyəti ayağa qaldırmağa çalışırdılar. Bununla yanaşı, Ermənistana bu illər ərzində təzyiq edilmədi” -deyə Elnur Eltürk vurğulayıb.
İradə Cəlil, Bizimyol.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 01 Aprel 2025 16:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















