Icma.az
close
up
RU
Həkim: Uşaqlarda şüurlu davranış formalaşdırmaq lazımdır

Həkim: Uşaqlarda şüurlu davranış formalaşdırmaq lazımdır

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş həkimi Nizami Məmmədov bildirib ki, uşaqlarda travmalara yaz və yay aylarında daha çox rast gəlinir, amma valideynlər sınıqçılara müraciət etməyi üstün tuturlar.
Bununla bağlı pediatr Xəyalə Quliyeva Demokrat.az-a açıqlama verib.
O deyib ki, yaz və yay aylarında uşaqlarda travma hallarının artması mövzusu olduqca vacibdir:
“Bu dövrlərdə hava şəraitinin yaxşı olması uşaqların açıq havada daha çox vaxt keçirməsinə səbəb olur. Həyətdə oynamaq, velosiped sürmək, futbol, basketbol və digər aktiv oyunlarla məşğul olmaq isə yıxılma, əzilmə, sınıq və digər travma risklərini artırır. Bununla yanaşı, məktəb tətillərinin başlaması ilə uşaqlar müxtəlif düşərgələrə gedir, üzgüçülük, skuter sürmək və digər fiziki fəaliyyətlərlə məşğul olurlar ki, bu da travma riskini daha da yüksəldir. Valideyn nəzarətinin zəifləməsi də bu risklərə təsir göstərən əsas amillərdəndir. Yeniyetməlik dövrünə qədəm qoymuş uşaqlar daha müstəqil davranmağa çalışır və bəzən riskli oyunlara qoşulurlar. Valideynlərin bu məsələlərə diqqətli yanaşması, övladlarını marifləndirməsi və təhlükəsizlik qaydalarını öyrətməsi vacibdir ki, travma halları minimuma endirilsin”.
Həkim əlavə edib ki, maarifləndirmə məsələsi olduqca vacibdir və bunu effektiv şəkildə həyata keçirmək üçün kompleks yanaşma tələb olunur:
“Sadəcə xəbərdarlıq və ya sanksiya yolu ilə deyil, əhalinin bütün yaş qrupları üçün davamlı və praktiki məlumatlandırma işləri aparılmalıdır.  Sosial mediada maarifləndirici qısa videoların paylaşılması geniş auditoriyaya təsir göstərə bilər. Eyni zamanda, televiziya kanallarında ictimai elanlar, maarifləndirici verilişlər yayımlanmalıdır. Uşaq bağçalarında, məktəblərdə valideyn və müəllimlərlə birgə seminarlar təşkil edilə bilər. Həmçinin poliklinikalarda, uşaq həkimləri vasitəsilə valideynlərə sadə dillə izahlı bukletlər və proşurlar paylanmalı, uşaqlarla oyun formasında təhlükəsizlik qaydaları öyrədilməlidir.  Skuter, velosiped, yol hərəkəti və digər gündəlik risklər barədə uşaqlara erkən yaşlardan başa salmaq lazımdır. Bu zaman əsas məqsəd qorxutmaq yox, şüurlu davranış formalaşdırmaq olmalıdır”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyun 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see340

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see331

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see299

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see291

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see244

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see198

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri