Almaniya Türkiyəyə 40 ədəd qırıcı satılacağını təsdiqləyib
Reyting.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniya Federal Təhlükəsizlik Şurasının qərarı ilə Türkiyəyə 40 ədəd “Eurofighter Typhoon” döyüş təyyarəsinin satışı təsdiqlənib.
Reyting.az xəbər verir ki, bu barədə Almaniyada nəşr olunan populyar “Der Spiegel” qəzeti məlumat yayıb.
“Eurofighter Typhoon” döyüş təyyarələri Avropanın ən böyük müdafiə sənayesi istehsalçıları - “BAE Systems” (Böyük Britaniya), “Airbus” (Almaniya-İspaniya-Fransa) və “Leonardo” (İtaliya) tərəfindən istehsal olunur.
Qeyd edək ki, indiyə qədər hər dörd ölkənin kollektiv təsdiqi tələb olunan satış prosesinə Almaniya mane olsa da, artıq ümumi razılıq var.

Avropa İttifaqı tərəfindən istehsal edilən “Eurofighter Typhoon” çoxfunksiyalı döyüş təyyarəsi kimi bütün dünyada diqqəti cəlb edir. Onun iki mühərrikli strukturu və qanad delta dizaynı təyyarənin çevikliyini və yüksək sürətdə üstün performansını təmin edir, təkmil elektron sistemləri isə onu müasir hava müharibəsi üçün əvəzolunmaz edir.
ELÇİN

Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına razılıq verdi
23 İyul 2025 14:27
İmamoğluya görə Almaniya “Eurofighter” qırıcı təyyarəsinin Türkiyəyə satışından imtina etdi
22 Aprel 2025 09:50
Almaniya Türkiyəyə Eurofighter qırıcıları satacaq
23 İyul 2025 12:32
Türkiyə 40 ədəd qırıcı təyyarə almağa hazırlaşır
30 Yanvar 2025 16:06
Almaniya prezidenti Ştaynmayer sabah Türkiyəyə gəlir
04 Fevral 2025 20:36

