İmamoğluya görə Almaniya “Eurofighter” qırıcı təyyarəsinin Türkiyəyə satışından imtina etdi
Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Mətbuatdan öyrəndiyimə görə, Almaniya Hökuməti Silivridə həbs olunmağımıza görə çoxdan gözlədiyimiz hava qüvvələrimizin “Eurofighter” qırıcı təyyarəsinin Türkiyəyə satışına veto qoyub”.
Gununsesi.info xəbər verir ki, bu sözləri hazırda həbsdə olan Əkrəm İmamoğlu bildirib.
Əkrəm İmamoğlu həmçinin qeyd edib:
“Almaniyada vəzifəyə götürməyə hazırlaşan yeni hökumətə müraciət etmək istərdim:
Türkiyə Ərdoğandan ibarət deyil, Türkiyə Ərdoğandan böyükdür. Hökumətlər gəlir və gedir. Türkiyənin milli maraqları Ərdoğandan və İmamoğludan daha dəyərlidir. Sizi qərarınızı geri çevirməyə çağırıram. Ərdoğanın hakimiyyətinin sonu göz önündədir. Türkiyənin yeni hökuməti Avropa İttifaqı və Almaniya da daxil olmaqla bütün müttəfiqlərimizlə qarşılıqlı mənfəətlərə, hüququn aliliyinə və insan haqlarına əsaslanan demokratiya prinsipləri çərçivəsində çalışacaq. Bizim hakimiyyət dövründə Türkiyənin Aİ-nin tam üzvü olacağına şübhə etmirik”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 22 Aprel 2025 09:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















