Almaniya Ukrayna ilə bağlı fikrini dəyişib?
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Almaniya hökuməti Ukraynaya qoşun göndərmək fikrini dəyişib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri hökumət mənbələrinə istinadən məlumat yayıb.
Xəbərdə bildirilir ki, Almaniya təhlükəsizlik zəmanəti kimi Ukraynaya qoşun göndərməyi düşünmür. Bunun əvəzində Almaniya maliyyə yardımı etməyi planlaşdırır.
Belə ki, Rusiya və Ukrayna arasında atəşkəs əldə olunacağı təqdirdə Almaniya hökuməti təhlükəsizlik zəmanətinin təmin edilməsi çərçivəsində başqa addım atacaq.
Qəzet yazır ki, rəsmi Berlin atəşkəs olacağı təqdirdə Ukrayna silahlı qüvvələrini daha da gücləndirməyə hazırlaşır.
Qeyd edək ki, bir neçə gün öncə Almaniyanın Ukraynada sülhdən sonra bu ölkəyə qoşun göndərəcəyi barədə məlumatlar yayılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 31 Avqust 2025 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















