Almaniya Ukraynanın silahlanmasına əlavə vəsait ayıracaq
Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Almaniya bu il Ukraynaya, xüsusən də uzaqmənzilli silahların istehsalı üçün əlavə 1,9 milyard avro ayırmağı planlaşdırır. Qərar hələ yekunlaşmasa da, təsdiqlənməsi gözlənilir.
Reyting.az Ukrayna KİV-lərinə istinadla bildirir ki, bu barədə Almaniyanın Müdafiə naziri Boris Pistorius Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Almaniya uzaqmənzilli silahların maliyyələşdirilməsində iştirak edəcək. Onlar yaxın gələcəkdə əldə edilməlidir. Biz bunun üçün vəsait ayırmalıyıq ki, Ukrayna Silahlı Qüvvələri material ala bilsin", - Pistorius bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə işlər mümkün qədər tez və səmərəli aparılmalıdır.
Müdafiə naziri xatırladıb ki, Almaniya bu il Ukraynaya yardım üçün əvvəlcə 4 milyard avro ayırmağı planlaşdırsa da, sonradan bu məbləğ 7 milyard avroya yüksəlib. İndi bu məbləğdə maliyyəyə daha 1,9 milyard avro əlavə edilməsinin nəzərdə tutulduğunu deyən Pistorius qərarın hələlik yekun olaraq təsdiqlənmədiyini qeyd edib.
"Bunun bir hissəsi uzaqmənzilli silahlar layihəsinin maliyyələşdirilməsinə sərf olunacaq. Beləliklə, biz bu yolla Ukraynaya dəstək üçün 9 milyard avro ayıracağıq", - Pistorius vurğulayıb.
ELÇİN
Bu mövzuda digər xəbərlər:Almaniya Ukraynanın veteranlarına əlavə 3 milyon avro ayıracaq
23 Avqust 2026 02:45
Danimarka Ukraynanın bərpasına əlavə 68 milyon dollar ayıracaq
09 İyul 2025 20:28
Almaniya Ukraynaya əlavə 200 milyon avro yardım ayıracaq
05 Noyabr 2024 02:45
Almaniya Ukraynaya yardım üçün əlavə 200 milyon avro ayıracaq
04 Noyabr 2024 21:49
Almaniya limitsiz olaraq Ukraynanın yanındadır Almaniya kansleri
04 Oktyabr 2026 18:00
Baxış sayı:168
Bu xəbər 12 İyun 2025 19:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















