Icma.az
close
up
RU
Almaniya limitsiz olaraq Ukraynanın yanındadır Almaniya kansleri

Almaniya limitsiz olaraq Ukraynanın yanındadır Almaniya kansleri

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Almaniya Ukraynaya ümumi dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli yardım paketi ayırıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya kansleri Fridrix Mertslə Kiyevdə keçirilən birgə mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, yardım paketinə silahlar, Ukraynanın enerji sektoruna dəstək, həmçinin "Shahed" PUA-larına qarşı mübarizə aparmaq üçün yeni ələkeçirici dronların istehsalına maliyyə vəsaitinin ayrılması daxildir.

"Ukrayna üçün dəyəri 1,3 milyard avrodan çox olan yeni hərtərəfli dəstək paketi var. Buraya hazırda bizə kömək edəcək silahlar, enerji sektorumuza dəstək, həmçinin qarşıdan gələn qış üçün çox mühüm enerji paketi daxildir", – deyə Zelenski bildirib.

Zelenskinin sözlərinə görə, hazırkı razılaşmalar çərçivəsində Ukrayna və Almaniya təhlükəsizlik sahəsində əməkdaşlığa dair 15 saziş və sənəd də imzalayıb. Bu sənədlər silah istehsalı, müvafiq satınalmalar, Ukraynanın Almaniya sənayesi üçün sifarişləri, həmçinin birbaşa Ukraynada həyata keçiriləcək birgə layihələri əhatə edir. Prezident bu razılaşmaların ümumi dəyərini 8,5 milyard avrodan çox qiymətləndirib.

F. Merts isə bildirib ki, Ukrayna ilə əlavə hərbi əməkdaşlıq da razılaşdırılıb. Kansler detalları jurnalistlərə açıqlamaqdan imtina edib. Almaniya Kansleri Rusiyanın hərbi təhdidləri fonunda Kiyev səfərini qabardıb. "Almaniya limitsiz olaraq Ukraynanın yanındadır.Ukraynanı həlledici həftə gözləyir, ona görə də mən bu gün Kiyevdəyəm", - Merts bildirib.

Almaniya Kansleri əlavə edib ki, Rusiya iqtisadiyyatı müharibəni uzun müddət davam etdirməyə qadir deyil: "Rusiya iqtisadiyyatı müharibə səbəbindən tənəzzülün pik həddini yaşayır "- Almaniya Kansleri vurğulayıb.

Kansler bildirib ki, iki ölkə arasında əməkdaşlıq birgə layihələri və biznes fəaliyyətini də əhatə etməlidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Oktyabr 2026 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri