Icma.az
close
up
RU
Almaniyada 20 minə yaxın güllə oğurlandı

Almaniyada 20 minə yaxın güllə oğurlandı

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniyanın Saksoniya-Anhalt əyalətində orduya məxsus 20 minə yaxın güllənin mülki yükdaşıma avtomobilindən oğurlandığı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, ölkə mediasının Almaniya Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərlərə görə, ordu ilə müqaviləsi olan mülki nəqliyyat şirkətinə aid yük maşınının sürücüsü Burg şəhərində, Jerichower Land bölgəsində, gecə boyunca təhlükəsizliyi olmayan sənaye zonasında yerləşən dayanacaqda mühimmat yüklü avtomobili saxlayıb.

İlkin məlumatlara görə, naməlum şəxslər gecə saatlarında avtomobilin qapısını açaraq bir çox sursat yeşiyini oğurlayıblar.

Sürücü ertəsi gün yükü hərbi hissəyə təhvil verərkən təxminən 20 minə yaxın güllənin itdiyi məlum olub.

İlk araşdırmada təxminən 10 min tapança gülləsi, tüfənglər üçün istifadə olunan 9 900 təlim gülləsi və “tüstü mərmilərinin” oğurlandığı müəyyən edilib.

Müdafiə Nazirliyinin, mülki nəqliyyat şirkətinin müqavilədə göstərilən təhlükəsizlik tələblərinə əməl etmədiyini düşündüyü, sürücünün planlaşdırılmamış fasilə verərək oteldə yatmağa getdiyi və sursat dolu avtomobili nəzarətsiz qoyduğu qeyd olunub.

Alman ordusu və polisin hadisəni araşdırdığı vurğulanıb, həmçinin avtomobilin əvvəlcədən izlənilmiş ola biləcəyi və cinayəti törədənlərin sürücünün planlaşdırılmamış fasiləsini fürsət kimi dəyərləndirdiyi ehtimalı ifadə edilib.

Müdafiə Nazirliyinin sözçüsü bu oğurluğu ciddi təhlükəsizlik hadisəsi kimi qiymətləndirərək bildirib: “Bu oğurluğu çox ciddiyə alırıq, çünki sursatın yanlış əllərə keçməməsi vacibdir”.

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri