Icma.az
close
up
RU
Almaniyada avtoyuma açmaq istəyən həmyerlimizə elə şərtlər qoyuldu ki...

Almaniyada avtoyuma açmaq istəyən həmyerlimizə elə şərtlər qoyuldu ki...

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Almaniyada yaşayan Orxan Atabay çox maraqlı bir məsələ haqda məlumat yayıb.

Axar.az xəbər verir ki, o, hazırda yaşadığı şəhərdə avtoyuma məntəqəsinin olmamasından istifadə etmək istəyib.

“Qaldığım şəhərdə avtoyuma yoxdur. Millət 10 km yol qət edib, qonşu şəhərə gedir-gəlir. Beynimdə dərhal azərbaycansayağı plan canlandı: Aşağıda robot-yuma, üstündə də qəşəng bir pizza-kofe yeri. Bunun tutmama şansı yoxdur, hələ üstəlik pulun bir hissəsini də hökumət (kredit və ya qrantla) verir.

Qaldı planlama yazmaq, yer tapmaq, bələdiyyədən sənəd almaq. Söhbətə girdim, peşman oldum. Deməli, Almaniyada şampunlu, qumlu, yağlı suyu kanalizasiyaya tökmək qəti qadağandır.

Avtoyuma tikmək üçün gərək azı 3 metr yer qazıb, altında bir böyük odam (hovuz) tikəsən. Odamı elə bağlamalısan ki, üstündən tank keçsə də, çökməsin. Yuyulan maşından axan çirkli su ora yığılmalıdır. Qıraqda da çirkli suyu dartıb təmizləyib təzədən istifadəyə yararlı edən balaca bir "zavod" tikməlisən.

Pizza-kofe üçün beynimdə ayırdığım yerdə bir də böyük su çəni tikməliyəm. Sistemin məntiqi belədir: tutaq ki, 100 ton su alıram, həmin su ömür boyu o odamla çən arasında dövr edir. Kənara bir damcı da çirkli su çıxa bilməz.

Almaniyada hara baxırsan çaydır, göldür, bataqlıqdır. 20-30 km yol gedirsən, 3-4 dənə enli çayın üstündən keçirsən. Su boldur, amma adamlar o şirin suyun hər damcısını qorumaq üçün bu qədər qanun kəşf ediblər.

İkincisi, şampunlu su kanalizasiyadan sızıb yeraltı sulara, oradan da çaylara qarışa bilər. Qırmızı xətdir, olmaz. Almanlar hesab edirlər ki, meşə, su, torpaq kimi təbii resursları necə qəbul ediblərsə, gələcək nəsilə eləcə təmiz və məhv etmədən ötürməlidirlər.

O üzdən bu qanun tək avtoyumalara deyil, bütün zavod və fabriklərə tətbiq edilir”, - o bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:39
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Fevral 2026 22:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see379

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see265

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see227

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see209

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see205

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see195

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see178

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see170

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see168

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see167

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see164

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see164

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see155

Bakı Brüssel iqtisadi gündəliyi

31 Yanvar 2026 11:20see153

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see153

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see153

İran XİN rəhbəri etirazlar zamanı 30 min nəfərin ölməsi ilə bağlı iddiaları təkzib edib

31 Yanvar 2026 12:22see151

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see151

Ziya Məmmədov yeraltı biznesi geri qaytarır

31 Yanvar 2026 04:51see149

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri