Ronalduya milliyə qayıtmaq üçün sərt şərtlər qoyuldu
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldunun yığmaya qayıdışı ilə bağlı qeyri-müəyyənlik davam edir. Baş məşqçi Jorje Jezuş ulduz futbolçunun komandaya dönməsinə qarşı olmasa da, bunun üçün müəyyən şərtlərin yerinə yetirilməsini tələb edir.
İdman.Biz Səudiyyə Ərəbistanının “Al Weam” nəşrinə istinadən xəbər verir ki, Jezuş bu mövqeyini Portuqaliya Futbol Federasiyasının prezidenti Pedru Proensaya çatdırıb.
Məlumata görə, mütəxəssis Ronaldunun noyabrda keçiriləcək beynəlxalq oyunlar zamanı milliyə qayıtmasını istəyir. Lakin o, futbolçunun müəyyən qaydalara və sərt şərtlərə əməl etməsində israrlıdır. Ronaldu isə indiyədək həmin tələbləri qəbul etməyib.
Federasiya prezidenti Pedru Proensa tərəflər arasında yaranmış fikir ayrılığını aradan qaldırmağa çalışır. O, Jezuşla Ronaldunun iştirakı ilə rəsmi görüş təşkil etmək niyyətindədir. Ancaq qarşılıqlı razılığın əldə olunmaması bu təşəbbüsün həyata keçirilməsini çətinləşdirir.
Xatırladaq ki, Ronaldu ilə Jezuş arasında münaqişə futbolçunun millidəki rolu ilə bağlı yaranıb. Təcrübəli hücumçu Norveçlə qarşılaşmada ehtiyatda saxlanıldıqdan və Danimarkaya qarşı oyuna əsas heyətdə başlamayacağını öyrəndikdən sonra komandanın düşərgəsini tərk edib.
Portuqaliya Futbol Federasiyası oktyabrın 19-da 41 yaşlı hücumçunu 30 günlük cəzalandırıb və 255 avro məbləğində cərimələyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 22 Oktyabr 2026 17:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















