Almaniyada bazarda ATIŞMA: 15 yaşlı azərbaycanlı TUTULDU
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyada Şimal dənizində yerləşən Vesterland kurort şəhərindəki bazarda baş vermiş atışmada şübhəli bilinən Türkiyə və Azərbaycan vətəndaşları saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti yazıb.
Məlumata görə, iyunun 3-ü səhər saatlarında Vesterland şəhərində keçirilən həftəlik bazarda atəş səsləri eşidilib. Polis hadisə yerinə çoxlu sayda əməkdaş cəlb edib.
Qəzetin yazdığına görə, atəş açan şəxs 23 yaşlı Türkiyə vətəndaşı olub. O, Vesterland dəmir yolu vağzalı yaxınlığında saxlanılıb. Hüquq-mühafizə orqanları ikinci şübhəlini də axtarıb. Bir müddət sonra həmin şəxs də tutulub. Onun şərikinin 15 yaşlı azərbaycanlı olduğu müəyyən edilib.
Hazırda hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 04 İyun 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















