Almaniyada miqrant biznesi Azərbaycanlı dəstə başçısı tutuldu
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Almaniya Federal Polisi uzunmüddətli istintaq nəticəsində Vuppertal şəhərində 40 yaşlı Azərbaycan vətəndaşını saxlayıb.
Bakupost.az Almaniya KİV-ə istinadən xəbər verir ki, o, ən azı 87 miqrantın qeyri-qanuni şəkildə ölkəyə gətirilməsini təşkil edən mütəşəkkil cinayətkar qrupun lideri olub.
Polis dəstənin izinə Çexiya polisindən daxil olan məlumatlar sayəsində düşüb. 2024-cü ilin yayında Çexiyada Almaniyanın Saksoniya federal əyaləti ilə sərhəddə yerləşən ərazidə bir səyyar evə baxış zamanı 10-dan çox qeyri-qanuni miqrant aşkarlanıb. Məlum olub ki, bu üsulla Almaniyaya azı altı dəfə insan daşınıb. Federal polis dəstə tərəfindən ölkəyə gətirilən 87 miqrantın şəxsiyyətini müəyyən edib.
Dəstə başçısının şəxsiyyətini müəyyənləşdirmək üçün bir neçə ay lazım olub. Araşdırma nəticəsində məlum olub ki, o, Azərbaycan vətəndaşıdır və Almaniyada səyyar evləri icarəyə götürürmüş. O, dəstənin tərkibində kommersiya məqsədilə və insanların həyatına təhlükə yaradacaq şəraitdə xarici vətəndaşların qeyri-qanuni şəkildə ölkəyə gətirilməsində ittiham olunur.

Aysel,
BakuPost
Baxış sayı:46
Bu xəbər 12 Sentyabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















