Almaniyada ehtiyatda olan hərbçilərin sayının azı 200 minə çatdırılması planlaşdırılır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Berlin, 16 oktyabr, AZƏRTAC
Almaniya hökuməti 2033-cü ilədək ehtiyatda olan hərbçilərin sayını azı 200 min nəfərə çatdırmağı planlaşdırır. Bu məqsədlə hazırlanan qanun layihəsi Bundestaqda ilk oxunuşdan keçib.
AZƏRTAC xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, qanun layihəsi ehtiyatda olan hərbçilərin xidmətə cəlb edilməsini sürətləndirməyi, bürokratik prosedurları azaltmağı və Bundesverin döyüş hazırlığını gücləndirməyi nəzərdə tutur.
Sənədin əsas yeniliklərindən biri əvvəlki “ikili könüllülük” prinsipinin ləğvi və zərurət yarandıqda ehtiyatda olan hərbçilərin məcburi xidmətə çağırılması imkanının yaradılmasıdır.
Yeni qaydalara əsasən, əvvəlki hərbi xidmət müddətindən asılı olaraq, məcburi ehtiyat xidməti ildə 3-12 həftə, ümumilikdə isə 6-12 ay təşkil edə bilər. Qanunun 2027-ci ilin əvvəlində qüvvəyə minməsi gözlənilir.
Müdafiə naziri Boris Pistorius bildirib ki, ehtiyat qüvvələrinin gücləndirilməsi Almaniyanın təhlükəsizliyi və NATO ilə Avropa İttifaqı qarşısındakı öhdəliklərinin yerinə yetirilməsi üçün vacibdir. Layihədə işəgötürənlərin də maraqları nəzərə alınır, onlar əvvəlcədən məlumatlandırılacaq və xidmətin təşkili ilə bağlı mövqelərini bildirmək imkanı əldə edəcəklər.
Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 16 Oktyabr 2026 16:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















