Almaniyada elektromobillər üçün dövlət dəstəyi yenidən tətbiq olunur
Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Almaniyada fiziki şəxslər üçün elektromobillərin alınmasına dövlət dəstəyi yenidən tətbiq olunur.
AZƏRTAC “Bild” qəzetinə istinadla xəbər verir ki, ətraf mühit naziri Karsten Şnayderin təqdim etdiyi proqram 2026-cı il yanvarın 1-dən etibarən tətbiq olunacaq və əsasən aşağı-orta gəlirli vətəndaşlara yönələcək. Onlayn müraciət portalının may ayında istifadəyə verilməsi planlaşdırılır.
Yeni elektromobil və ya “plug-in” hibrid avtomobil qeydiyyatdan keçirən, eyni zamanda, müəyyən edilmiş gəlir həddindən aşağı qazancı olan şəxslər subsidiyaya müraciət edə biləcəklər. Dəstəyin məbləği avtomobilin növündən, ailənin gəlirindən və üzvlərin sayından asılı olaraq 1500 avrodan 6000 avroya qədər dəyişəcək. Əsas şərt avtomobilin yeni olmasıdır.
Batareyalı elektromobillər və hidrogenlə işləyən nəqliyyat vasitələri üçün əsas subsidiya 3000 avro, “plug-in” hibridlər üçün isə 1500 avro təşkil edir. Lakin “plug-in” hibridlərin 1 kilometrə 50 qramdan artıq karbon qazı buraxmaması və ya minimum 80 kilometr elektrik məsafəsinə malik olması tələb olunur. Uşaqlı ailələr üçün əlavə bonusların verilməsi də nəzərdə tutulur.
Federal hökumət proqram üçün ümumilikdə 3 milyard avro vəsait ayırıb. K.Şnayder bu məbləğin təxminən 800 min avtomobil üçün kifayət edəcəyini bildirib. O, proqramın elektromobillərdən istifadənin artmasına və Almaniya avtomobil sənayesinin güclənməsinə mühüm töhfə verəcəyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Yanvar 2026 22:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















