Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Almaniyada Bundestaq seçkiləri üçün seçki başlayıb

Almaniyada Bundestaq seçkiləri üçün seçki başlayıb

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Almaniyada vaxtından əvvəl Bundestaq (parlament) seçkiləri başlayıb.

APA xəbər verir ki, bu gün səhər saat 08:00-da (yerli vaxtla) ölkə üzrə seçki məntəqələri açılıb.

Seçkilərin əsas detalları:

Deputat yerləri:

Bundestaqdakı 630 yer uğrunda 4 506 namizəd mübarizə aparır ki, onların təxminən üçdə biri qadınlardır.

Səsvermə hüququ:

Təxminən 59,2 milyon Almaniya vətəndaşı səsvermə hüququna malikdir və onlar parlamentin gələcək tərkibini müəyyən edəcəklər.

Seçki sistemi:

Almaniyada qarışıq seçki sistemi tətbiq olunur, burada majoritar və proporsional prinsiplər birləşdirilir. Deputatların yarısı 299 seçki dairəsində birbaşa səsvermə yolu ilə, digər yarısı isə partiya siyahıları üzrə seçilir. Hər seçici iki səsə malikdir: biri namizədə (birbaşa mandat), digəri isə partiya siyahısına verilir. Partiyaların Bundestaqdakı mandatlarının sayı partiya siyahıları üzrə səsvermənin nəticələrini əks etdirməlidir.

İştirak edən partiyalar:

Cari seçkilərdə 29 partiya iştirak edir, lakin real olaraq yalnız Xristian Demokratik və Xristian Sosial İttifaqları (CDU/CSU), Almaniya Sosial Demokrat Partiyası (SPD), "Yaşıllar", "Almaniya üçün Alternativ" (AfD), Sol Partiya, Azad Demokratik Partiya (FDP) və "Sahra Vagenknecht İttifaqı - ağıl və ədalət uğrunda" (BSW) partiyalarının parlamentə düşmək şansı var.

Seçki məntəqələrinin iş vaxtı:

Seçki məntəqələri saat 18:00-dək (yerli vaxtla) açıq olacaq. Məntəqələr bağlandıqdan dərhal sonra ARD və ZDF telekanalları exit-poll nəticələrini dərc edəcək və siyasi partiyaların nümayəndələrinin ilk şərhləri gəlməyə başlayacaq. Federal Seçki Komissiyasının ilkin rəsmi nəticələri bazar ertəsi gecəsi, yekun nəticələr isə sonrakı günlərdə açıqlanacaq.

Sosioloji proqnozlar:

Sosioloji institutların proqnozlarına görə, CDU/CSU bloku təxminən 29-30% səs toplayaraq inamlı qələbə qazana bilər. "Almaniya üçün Alternativ" partiyası isə 20-22% səs toplayaraq ikinci yeri tuta bilər ki, bu da 2021-ci il seçkiləri ilə müqayisədə iki dəfə çoxdur. Sosial-demokratlar isə yalnız üçüncü yeri tuta bilər və onların reytinqi 15-16% təşkil edir. SPD-nin 2021-ci il seçkiləri ilə müqayisədə seçicilərinin üçdə birini itirəcəyi gözlənilir.

Seçkilərdən sonra partiyalar, xüsusilə qalib gələn partiya, yeni hökumətin formalaşdırılması üçün koalisiya danışıqlarına başlayacaq. Bu prosesdə əvvəlcə tərəfdaşların hökumətdə iştirak etməyə hazır olub-olmadığını müəyyən etmək üçün ilkin danışıqlar aparılacaq, daha sonra isə koalisiya müqaviləsinin əsasını təşkil edəcək proqramlar üzrə detallı müzakirələr keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see297

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see288

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see274

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see271

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see271

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see269

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see265

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see263

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see263

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see256

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see238

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see237

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see234

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see229

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see228

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see227

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see227

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see223

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see222

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri