Almaniyada gənclər ölkəni tərk etmək istəyir Rəqəmlər açıqlandı
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Almaniyada gənclər ölkəni tərk etmək istəyir.
Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Konstanz Universiteti tərəfindən 2020-ci ildən bəri aparılan tədqiqatın nəticələri açıqlanıb.
"Almaniyada Gənclər 2026" tədqiqatı ölkədəki gənclərin getdikcə daha çox stress keçirdiyini və gələcəkləri ilə bağlı qeyri-müəyyənlik hiss etdiklərini göstərir.
Bu ilin 9 yanvar - 9 fevral tarixləri arasında 14-29 yaş arası 2012 gəncin iştirakı ilə aparılan araşdırma göstərir ki, hər il daha çox gənc ölkəni tərk etməyi düşünür.
Tədqiqata görə, iştirakçıların 21%-i (hər 5 gəncdən biri) daha yaxşı yaşayış şəraiti üçün xaricə köçməyi planlaşdırdıqlarını, 41%-i isə prinsipcə mühacirət etməyi düşünə biləcəklərini bildirib.
Qeyd edilib ki, peşə təhsili universitet təhsili ilə müqayisədə gənclər üçün daha cəlbedici hala gəlib.
Tədqiqat həmçinin gənclər arasında psixoloji stressin "bütün zamanların ən yüksək həddi"nə çatdığını da ortaya çıxarıb.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 28 Mart 2026 19:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















