Almaniyada hökumət böhranı: Koalisiya dağıldı, Şolts təklənir FOTO
Publika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Almaniyada hakim koalisiya xarici işlər naziri Annalena Berbok və kansler Olaf Şolts arasındakı fikir ayrılığı səbəbindən dağıldı.
Publika.az “Regnum”a istinadən xəbər verir ki, Rusiya Federasiya Şurasının İnformasiya Siyasəti üzrə Komissiyasının sədri Aleksey Puşkovun fikrincə, buna səbəb Annalena Berbok və Almaniyanın müdafiə naziri Boris Pistoriusun razılığı ilə Ukraynaya yeni yardım paketinin ayrılmasıdır.
“Almaniya Sosial Demokrat Partiyasının seçiciləri Ukraynaya getdikcə daha çox vəsaitin atılmasından narazıdırlar və Şolts bunu seçkilər ərəfəsində nəzərə almağa məcburdur. Berbok isə “Rusiyanı məğlub etmək” ideyasına qapılıb və heç nə eşitmək istəmir. Bununla da hakim koalisiya tamamilə dağıldı”, - deyə Puşkov vurğulayıb.
Qeyd edək ki, “Politico” qəzetinə müsahibəsində Annalena Berbok Almaniya hökumətinin Ukraynaya dəstək məsələsində “qətiyyətsizliyi” ilə razılaşmadığını bildirib. Onun sözlərinə görə, seçki kampaniyası zamanı alman siyasətçiləri milli məsələlərə üstünlük verməkdə davam edirlər.
Vazeh BƏHRAMOĞLU
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Yanvar 2025 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















