Icma.az
close
up
RU
Almaniyada nasizm rəsmi status ala bilər

Almaniyada nasizm rəsmi status ala bilər

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

Müharibələr insanlıq üçün ən dəhşətli fəlakət deməkdir. Müharibələr, münaqişələr kütləvi insan ölümlərinə, şəhər və kəndlərin dağıdılmasına gətirib çıxarır. Son illər Rusiya-Ukrayna, HAMAS-İsrail Suriyada, Əfqanıstanda, İraqda və digər ərazilərdə baş verən qanlı müharibələrdən milyonlarla dinc insanın həyatını itirməsi, böyük şəhərlərin viran edilməsi qeyd olunan fəlakətin miqyasının nə qədər böyük olduğunu göstərir. Dünyada sülhə və təhlükəsizliyə cavabdeh olduqlarını iddia edən aparıcı dövlətlər baş verən müharibələrin qarşısını almağa cəhd etmirlər. Əksinə, müəyyən hallarda tərəflərə hərbi, siyasi, bəzən isə maliyyə dəstəyi göstərməklə qanlı toqquşmaları bir qədər də qızışdırırlar. Misal olaraq Avropa və ABŞ-ın Rusiya -Ukrayna müharibəsində ikinciyə hər cür hərbi, siyasi, maliyyə dəstək etmələrini göstərmək olar. Eyni ilə İsrail-Fələstin müharibəsində ABŞ və Avropa birinciyə böyük miqyasda hərbi dəstək göstərirlər. Məhz bu cür hərbi dəstək tərəflərarası müharibənin daha böyük miqyas almasına gətirib çıxarır. Hətta vəziyyət o hədd çatıb ki, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə atom bombasında istifadə edəcəyinə dair dünyanı hədələyir. Təbii ki, nüvə silahından istifadə olunması dünyanın sonunu gətirə bilər. Çünki nüvə silahı elə bir silahdır ki, ondan qorunmaq və ya mühafizə olunmaq mümkünsüzdür. Bu baxımdan təəssüf hissi ilə qeyd etmək lazımdır ki, insanlıq böyük fəlakət qarşısındadır. Birləşmiş Millətlər Təşkilatının öz funksiyalarını normal yerinə yetirə bilməməsi və tədricən deqradasiyaya uğraması gözlənilən ümidləri alt-üst edir. Belə demək mümkünsə BMT kimi qurumlar, sadəcə, ABŞ-ın keçmiş prezidenti Corc Buşun bir zaman dediyi kimi, “debatlar üçün yaxşı klubdur” . BMT-də ciddi islahatlar aparılsa müsbət nəticələr əldə edilə bilər. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan haqlı olaraq “dünya 5-dən böyükdür” deyə bildirmişdir. İddialı və hikkəli aparıcı dövlətlər bu arzuedilən islahatlara gedə bilərmi? Fransa, ABŞ, Rusiya kimi dövlətlər dünyada sülhün və sabitliyin tərəfdarı olaraq real addımları ilə çıxış edən, daim sülhə töhfələr verən Türkiyə, Azərbaycan, Pakistan və bu kimi digər sivil, demokratik dövlətlərin BMT-nin üzvü olmasına imkan verə bilərlərmi? İnandırıcı görünmür. Çünki bir növ BMT həm də bir “xristian klubu”dur. Bu baxımdan BMT-nin Türk-müsəlman dövlətləri ilə genişlənməsinə sədlər yaradırlar və görünən fakt ondan ibarətdir ki, məkrli palanları hələ ki, nəticəsini verir.

Faşistlər fransızları niyə alçaltdılar?

BMT-nin zəifliyi dünyamızın təhlükə ilə üzləşdiyini, hətta məhv olması dilemması qarşısında qaldığını demək olar. Məhz BMT-nin fəaliyyətsizliyindən istifadə edən bəzi dövlətlər öz məkrli bölücülük, parçalamaq siyasətlərini həyata keçirməyə çalışırlar. Hətta Almaniya açıq şəkildə Hitlerin nasizm ideologiyasını yeni bərpa edib, onu inkişaf etdirməyə səy göstərir. Halbuki, nasizm bəşəriyyətə hələ yüz illər sonra sağalması mümkün olmayan yaralar vurub. Faşist Almaniyası bəşəriyyətə ikinci dünya müharibəsini törətməklə böyük zərbələr vurdu. İnsan itkilərini sayı 70 milyon oldu ki, onun da 30 milyonu SSRİ-nin payına düşür. Belə bir təhlükəli nasist təşkilatının yenidən dirçəlməsi bəşəriyyətin növbəti dəfə fəlakətlə üz-üzə qalması deməkdir. Ona görə də, dünyanın tərəqqipərvər xalqları, sülhsevər dövlətləri bir araya gələrək nasizmin əsas yuvası hesab olunan Almaniyaya qarşı ciddi və təxirəsalınmaz tədbirlər görməlidir. Hazırkı məqamda müşahidə olunan fakt ondan ibarətdir ki, dünyada baş verən müharibələrin və münaqişələrin əsas müəllifləri olan dövlətlər ən təhlükəli nasizm kabusunun aradan qaldırılmasına maraq göstərmirlər. Bu laqeydlikdən ruhlanan faşist Almaniyası getdikcə daha həyasız və iyrənc formada nasizmin inkişaf etdirilməsinə çalışır. Almaniya parlamentində nasizmin dövlət statusu alması ilə bağlı təkliflərin səslənməsi, ideyaların irəli sürülməsi Almaniyanın tarixin fəlakət gətirən dərslərindən nəticə çıxarmadığını göstərir. Parlamentdə müzakirələrin aparılması ilə kifayətlənməyən nasizmin təbliğatçıları region ölkələri ilə də geniş iş aparırlar. Buna misal olaraq Fransa, Niderland, Lüksenburq kimi dövlətlərdə nasist təşkilatların yaradılması və onların maliyyələşdirilməsinin Almaniya dövlətinin öz üzərinə götürməsidir. Halbuki, nasizmin tuğyan elədiyi 1940-1945-ci illərdə ən çox insan itkilərinə və dağıntılara məruz qalan dövlətlər sırasında Fransa, Belçika, Niderland, Lüksenburq və digər Avropa dövlətləri olub. Tarixi faktlar təsdiq edir ki, faşist Almaniyası Almaniyada ən çox zərbəni Fransaya edib. Yəni 1940-cı il, mayın 10-da faşist Almaniyası Fransanı, Belçikanı, Niderlandı, Lüksemburqu işğal etmək üçün hərəkətə keçdi. Həmin ilin iyunun 9-da faşistlər böyük qüvvə ilə hücum edib, Parisin əsas hissəsini işğal etdilər. 22 iyun tarixində isə Fransa rüsvayçı formada diz çöküb, təslim oldu. Bu biabırçılığı daha da dərinləşdirmək üçün Hitler daha amansız fəaliyyət həyata keçirdi. O bunun birinci dünya müharibəsində Fransanın Almaniyaya yaşatdığı rüsvayçı təslimçilik aktının qisasını almağa çalışdı. O dövrdə, yəni 1918-ci ilin noyabrın 11-də fransalı marşal Ferdinant Foşun almanları Kompeyn meşəsindəki mənzil-qərargahında tarixə “Kompeyn müqaviləsi” kimi düşən müqaviləni imzalamağa məcbur etmişdir. Vaqonda imzalanan bu müqavilə almanların alçaldılması olaraq dəyərləndirilir. İndinin özünə qədər almanlar bu rüsvayçılığı özlərinin bir millət olaraq fransızlar tərəfindən təhqir edilməsi kimi dəyərləndirirlər. Lakin Hitler qısa müddətli də olsa bu rüsvayçılığın qisasını almağa müvəffəq oldu. Fransa üç həftəlik müqavimətdən sonra təslim olduqdan sonra Hitler əmr etdi ki, həmin vaqon tapılıb, təslimçilik aktının imzalanmasına hazırlansın. Belə də oldu. Almanlar artıq yararsız hala salınmış vaqonu tapıb təmir etdilər, hətta 11 noyabr 1918-ci ildə “Kompeyn müqaviləsi” zamanı çəkilmiş fotolar arxivlərdən tapılaraq vaqonun divarlarına vurulub. Vaqon 1918-ci ildə olduğu kimi eyni yerə, Parisdən 70-80 kilometr aralıda yerləşən Kompeyn meşəsinə aparılıb. Fransızların təhqiredilməsi mərasiminə Hitler özü qatılıb. Onu Almaniyanın xarici işlər naziri Ribbentrop, partiya üzrə müavini Qess, Vermaxtın qərargah rəisi Keytel, Parisin alınmasında qoşunlara rəhbərlik etmiş generallar və digər yüksək vəzifəli şəxslər iştirak etmişlər. Diqqətçəkən məqam ondan ibarətdir ki, 1918-ci il 11 noyabrda marşal Foşun əyləşdiyi kresloda əyləşən A.Hitler Fransa tərəfini ruhən və mənən alçatmaqla onları kapitulyasiya aktına imza atmağa məcbur etmişdir. Təslimçilik aktının imzalanmasından sonra Hitlerin əmri ilə “Kompeyn vaqonu” Almaniyaya aparılıb və Berlin şəhərinin mərkəzi meydanında xalqına nümayiş etdirilib. Fransanın diz çökdürülməsi münasibəti ilə Almaniyada bir həftə bayram tədbirləri keçirilib.

Makron rejimi nasistlərin Fransada əsas dayaqlarından olmağa çalışır

Fransanın ikinci dünya müharibəsində faşistlər tərəfindən rüsvayçı formada alçaldılması on illər keçsə də, yaddaşlardan və tarixi kitablardan silmək mümkün olmayacaq. Bu ləkə fransızların alnına vurulan bir damğa olduğunu da qeyd etmək olar. Düzdür, dəfələrlə Fransanın vətənpərvər insanları Almaniyanı cəzalandırmaqla Hitlerin onlara vurduğu ləkəni silməyə çalışıblar. Lakin bu istək və niyyətləri hələ ki, reallaşmır. Çünki hazırda hakimiyyətdə olan Makron rejimi nasistlərə satılıb və rejim böyük həvəslə faşistlərlə əməkdaşlıq edir. Hətta vəziyyət o həddə çatıb ki, Makron rejimi nasistlərin Fransada əsas dayaqlarından olmağa çalışır. Onun tez-tez nasist dərnəklərinin toplantılarında iştirak etməsi, onların şüarlarından istifadə etməsi Fransanın nasizmin qucağına sürükləndiyini göstərir. Əgər Makron rejimi vaxtından əvvəl zibil yeşiyinə atılmasa Fransanın aqibətinin arzuedilən olmayacağı ehtimal olunur. O mənada ki, Makron tam şəkildə hitlerçilərdən olduğunu bəyan edib, Fransanın faşizmin ideoloji siyasi xəttinin daşıyıcılarından olduğunu bəyan edəcək. Bu isə hələ də azad, demokratik dövlət olmağa çalışan Fransanın bəzi təbəqələrinin xəyallarının tam şəkil də puç olması demək olacaq. Almaniyada 2025-ci il fevralın 23-də keçiriləcək parlament seçkilərində nasistlər parlamentdə əsas çoxluğa sahib ola bilsələr, o zaman E.Makron daha açıq formada məqsədini və niyyətini fransızlara çatdıra biləcək. Hələlik isə görünən ondan ibarətdir ki, Almaniyanın Xristian-Demokrat və Xristian-Sosial ittifaqlarının, həmçinin Sosial-Demokrat və Yaşıllar partiyaları, eləcə də sağçı “Almaniya üçün Alternativ” partiyalarının seçkilərdə uğur qazanmaq şansları daha çoxdur. Hazırkı kansler Olaf Şoltsun vəziyyəti isə daha ağır və acınacaqlıdır. Çünki O.Şolstun mövqeyini müdafiə edənlərin sayı kifayət qədər azalıb. İctimai rəy sorğuları göstərirdi ki, Şoltsun partiyası AfD partiyasına uduzur. Brandenburq seçki komissiyasının ilkin məlumatlarına görə, sol-millətçi partiya olan “Sara Vaqenknext İttifaqı” belə Şoltsun partiyasını üstələyir. Bundestaq deputatı Sara Vaqenknext Sol Partiyadan çıxaraq cəmi bir neçə ay öncə öz partiyasını yaradıb və ilk cəhdlərdən şərq torpaqlarında seçkilərdə yaxşı nəticələr əldə edir. Dördüncü yeri 12,1 % səslə Xristian Demokrat İttifaqı tutub, digər partiyalar beş faizlik baryeri keçə bilməyib və Brandenburq parlamentinə düşməyiblər. Bütün bu və digər münasibətlər, eləcə də sorğuların nəticələri O.Şoltsun seçkilərdə məğlub olacağından xəbər verir. Nəzərə almaq lazımdır ki, Avropa Parlamentinə keçirilən seçkilərdə müxalif XDİ/XSİ bloku qalib gəlmişdir. “Almaniya üçün Alternativ” partiyası ikinci yerdə olub. Almaniyanın hazırkı kansleri Olaf Şoltsun Sosial Demokratlar Partiyası Avropa Parlamentinə seçkilər tarixində ən pis nəticə göstərib. Eyni zamanda, bütün hakim koalisiya səslərin üçdəbirindən də az hissəsini toplayıb. Vəziyyətin bu cür davam etməsi Almaniya cəmiyyəti üçün heç də yaxşı nəticələr vəd etmir. Hətta Almaniyada yenidən vətəndaş qarşıdurmasının yaranması və ölkənin növbəti dəfə parçalanması problemləri baş verə bilər. Hazırda milli zəmində qarşıdurmaların baş verməsi və getdikcə bu münaqişələrin dərinləşməsi ölkədaxili vəziyyətin kritik olduğunu göstərir. Rəsmi məlumatlara görə, Almaniyada irqi və ya milli nifrətdən qaynaqlanan minlərlə hadisə yaşanır. Öldürmək və bədənə xəsarət yetirməklə yanaşı, neonasistlər xuliqanlıq da həyata keçirirlər. Onlar başqa millətlərdən olan insanları döyür, qarət edir və istəklərini ala bilmədikdə öldürməkdən də çəkinmirlər. Almaniyanın Konstitusiyanı Qoruma Federal Xidmətinin (alman əks-kəşfiyyatı) etrirafına görə, sağ radikal və nasist tərəfdarı partiyaların 235 min fəal üzvü var, bunların yarıdan çoxu cəmiyyət üçün təhlükəli sayılır. Konstitusiyanı Qoruma Federal Xidməti neonasistlərin sayının özlərini “müstəqil millətçilər” adlandıranların hesabına artdığı da bildirilir. Bütün bu kimi məlumatlar Almaniyanın uçuruma doğru yuvarlandığından xəbər verir.

İLHAM ƏLİYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 22 Yanvar 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see359

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see229

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see224

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see211

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see200

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see198

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see191

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see185

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see185

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see181

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see179

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see178

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see169

May ayının sonuna qədər sərvət qazanacaq BÜRCLƏR

25 May 2026 00:04see168

Qaş aldırmaq hansı hallarda günah sayılır?

24 May 2026 07:20see161

KİV: ABŞ İran sazişinin layihəsi zənginləşdirilmiş uran məsələsini həll edə bilmir

24 May 2026 07:58see161

Bu ölkə ordusunu “Azərbaycan modeli” əsasında QURUR

24 May 2026 16:50see158

Universitetin elmi fəaliyyətinin inkişafına xidmət edən ömür... ​Professor Kərim Həsənov

24 May 2026 09:51see152

Millinin sabiq futbolçusu narkotik alverinə görə həbs olundu

25 May 2026 02:08see149

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri