Icma.az
close
up
RU
Almaniyada partiyalararası çəkişmə...

Almaniyada partiyalararası çəkişmə...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Sağçı-ekstremist partiyanın nüfuzu daha da güclənə bilər

Almaniyada sol-mərkəzçi Sosial Demokrat Partiyası (SPD) ilə ifrat-sağçı Almaniya üçün Alternativ partiyası (AfD) arasında siyasi çəkişmə dərinləşməkdədir. Belə ki, bu ilin fevralında Almaniyada baş tutan son parlament seçkilərindən sonra Xristian Demokrat (CDU) və Xristian Sosial İttifaqı partiyası (CSU)  ilə koalisiya hökuməti quran Sosial Demokrat Partiyasının iyunun 28-də keçirilən qurultayında AfD-nin qadağan edilməsi üçün müvafiq prosedurlara başlanmasına dair qərar qəbul olunub. Almaniya KİV-lərinin məlumatına görə, yekdilliklə qəbul olunan qərarda AfD-nin Konstitusiyaya zidd fəaliyyətini sübut edən dəlillərin toplanması üçün SPD tərəfindən federal və əyalət səviyyəsində fəaliyyət göstərən işçi qrupunun yaradılması əksini tapıb. Lazımi sübutlar toplanacağı təqdirdə AfD-nin qadağan olunması tələbi ilə Konstitusiya Məhkəməsinə müraciət ediləcək. SPD-nin qərarında AfD-nin əcnəbi vətəndaşların gəldikləri ölkələrə geri göndərilməsinə dair tələblərinin Konstitusiyaya və insan ləyaqətinə zidd olduğu bildirilib. Eyni zamanda qərarda partiyanın parlamentar demokratiyaya etimadı sistemli şəkildə zəiflətmə siyasəti yürütdüyü, azad və demokratik konstitusion quruluşu aradan qaldırmağı hədəflədiyi də qeyd edilib. Qeyd edək ki, Almaniya Federal Konstitusiyanın Mühafizə İdarəsi üç il ərzində partiyanın fəaliyyətini araşdırıb və bu ilin mayında AfD-ni insan ləyaqətini pozan və qatı millətçi mövqeyi səbəbindən meyilli təşkilat kimi təsnifləndirib. AfD bu qiymətləndirməyə qarşı məhkəmə iddiası qaldırıb.

Xatırladaq ki, bu ilin fevralın 23-də Almaniyada keçirilən növbədənkənar parlament seçkiləri ölkənin tarixində önəmli siyasi hadisə kimi yadda qaldı. Rəsmi məlumatlara görə, sağ-mərkəzçi CDU-CSU ittifaqı səslərin 28.6 faizini toplamaqla Bundestaqda öz lider mövqeyini geri qaytardı. Son illərdə reytinqi yüksək sürətlə artan ifrat-sağçı Almaniya üçün Alternativ partiyası 20.8 faiz səslə Bundestaqda ikinci böyük partiyaya çevrildi. Bu, təkcə Almaniya üçün deyil, həmçinin ümumi Avropa üçün də şok xəbər idi. 2021-ci ildə seçkilərin qalibi olan Sosial Demokrat Partiyası isə 16.4 faiz səs əldə etməklə son altmış beş ildə çox ağır məğlubiyyətə məruz qaldı - partiya demək olar ki, parlamentdə 120 mandata sahibdir. Son seçkilər sol və liberal cəbhəni təmsil edən partiyalar - Yaşıllar,  Sol və Azad Demokrat Partiyası üçün də çox məyusedici oldu. Yaşıllar və Sol partiya 11.6 faiz və 8.8 faiz səs toplamaqla parlamentdə xeyli yer itirdilər.  Azad Demokrat Partiyası 4.7 faiz səslə parlamentə daxil ola bilmədi.

AfD bu halda ləğv oluna bilər

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, AfD-nin fəaliyyətinə xitam verilməsi Konstitusiya məhkəməsinin qərarından asılıdır.  

“Son illərdə Almaniyada qatı sağın güclənməsi fonunda cəmiyyətdə siyasi fraqmentasiya güclənməkdədir. Siyasi partiyalar arasında çəkişmələrin dərinləşməsi bunu aydın sübut edir. Almaniya üçün Alternativ partiyasının Almaniya daxilində, xüsusilə də ölkənin şərq vilayətlərində tərəfdarlarının sayı çoxalmaqdadır. Qeyd edim ki, AfD-nin tərəfdarlarının əksəriyyəti vaxtilə Xristian Demokratlar -  CDU-nun tərəfdarları idilər. CDU-nun öz elektoratının tələblərinə uyğun siyasət yürütməməsi və miqrantların ölkəyə kütləvi axınana qarşı etirazların artması səbəbindən qatı millətçi və avroskeptik cəbhənin yüksəlişinə şahidi oluruq”, - deyə S.Zahidov bildirib ki, Almaniya Federal Konstitusiyasının Mühafizəsi İdarəsinin AfD ilə bağlı qərarı partiyanın ləğv olunması üçün kifayət deyil: “Bu, Konstitusiya məhkəməsinin qərarından asılıdır. Lakin Konstitusiya məhkəməsi öz qərarını verməzdən əvvəl mərkəzi hökumətin də rəyini nəzərə almalıdır. Əgər məhkəmədə AfD-nin parlamentar demokratiyaya və ölkənin konstitusion quruluşuna qarşı təhdid yaratdığı sübuta yetirilərsə, bu halda partiyanın ləğv olunması ilə bağlı qərar qəbul edilə bilər”. 

CDU ilə SPD arasında ziddiyyət

“Təkcə Sosial Demokratlar deyil, həmçinin Xristian Demokratlar, Yaşıllar və Liberallar da AfD ilə çəkişmə içərisindədir. Sağ-mərkəzçi CDU AfD ilə əməkdaşlığa qarşıdır. Lakin xüsusi bir məqamı nəzərə almaq lazımdır ki, AfD-yə qarşı mübarizədə CDU və SPD-nin yanaşması bir-birilə ziddiyyət təşkil edir. SPD-dən fərqli olaraq, CDU AfD ilə siyasi çərçivədə mübarizənin tərəfdarıdır. Çünki CDU-da hesab edirlər ki, AfD-nin ləğv olunması istiqamətində atılacaq addımlar qatı sağçı partiyanın kütlə içərisində nüfuzunun daha da güclənməsinə gətirib çıxara bilər. CDU belə bir ssenari ilə üzləşmək istəmir. Bu baxımdan AfD məsələsində CDU ilə SPD arasında fikir ayrılıqları dərinləşir. Bu, sözsüz ki, koalisiya hökumətin fəaliyyətinə mənfi təsir göstərə bilər,” - deyə S.Zahidov vurğulayıb.

Almaniyanın Aİ-də liderliyinə ciddi əngəl

S.Zahidov bildirib ki, həm Avropa İttifaqının, həm də Almaniyanın daxili auditoriyasının maraqlarına uyğun siyasət yürütmək Merts hökuməti üçün o qədər də asan olmayacaq. “Almaniyanın yeni kansleri Fridrix Merts Almaniyanın Avropa İttifaqında siyasi və iqtisadi liderliyini yenidən bərqərar etmək niyyətindədir. Merts hökumətinin xarici siyasətinin əsas prinsiplərindən biri vahid Avropa ideyasını təbliğ etməkdir. Lakin SPD ilə problemlərin yaşanması, o cümlədən ölkə daxilində AfD-nin nüfuzunun daha da möhkəmlənməsi Merts hökumətinin Aİ ilə həmrəy siyasət yürütməsinə mane olacaq. Bildiyimiz kimi, AfD ümumi Avropa anlayışına, xüsusilə də Aİ-nin miqrasiya siyasətinə və Brüsselin Almaniyanın daxili işlərinə qarışmasına qarşı kəskin mövqe sərgiləyir. Bu da AfD-nin ölkə daxilində kütləni öz tərəfinə çəkməsinə təsir göstərir. Belə bir halda Merts hökuməti həm Avropa İttifaqının, həm də ölkənin daxili auditoriyasının maraqlarına paralel şəkildə cavab verən siyasət yürütmək məcburiyyətində olacaq. Bunun üçün indiki hakimiyyət çox çətin proseslərdən keçməlidir”. 

Yunis ABDULLAYEV 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 01 İyul 2025 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri