Tokayev italiyalı həmkarını ən yüksək ordenlə təltif etdi
Newscenter.az saytına istinadən Icma.az xəbər verir.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev İtaliya Prezidenti Sercio Mattarellanı I dərəcəli “Dostluq” ordeni ilə təltif edib.
Newscenter.az xəbər verir ki, bu barədə Akorda məlumat yayıb.
Bildirilib ki, Qasım-Jomart Tokayev Qazaxıstan və İtaliya arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsində müstəsna xidmətlərinə görə Prezident Sercio Mattarellaya I dərəcəli “Dostluq” ordenini təntənəli şəkildə təqdim edib.
O, həmçinin qeyd edib ki, bu, qazax xalqının əsl şərəfi, bütün İtaliya xalqının mehriban və isti hisslərinin təzahürüdür.
"Bizim siyasi dialoqumuz yüksək səviyyədədir. Ticarət-iqtisadi, mədəni-humanitar əlaqələr sürətlə inkişaf edir. Biz çoxtərəfli strukturlar çərçivəsində sıx əməkdaşlıq qurmuşuq. Mən sizin bu sahədə fəaliyyətinizi yüksək qiymətləndirirəm. Birgə səylərimiz sayəsində iki xalqın dostluğu bundan sonra da möhkəmlənəcək. İnanıram ki, bugünkü danışıqlar və sazişlər bu yolda tərəfdaşlığımızı gücləndirməyə hazırıq",-deyə Tokayev bildirib.
Mehman Mehdiyev
Bu mövzuda digər xəbərlər:Tokayev həmin xilasediciləri təltif etdi
29 Dekabr 2024 19:09
Tokayev azərbaycanlı xeyriyyəçini təltif etdi
03 Noyabr 2025 18:59
Tokayev onları təltif edib
29 Dekabr 2024 20:46
Tokayev Azərbaycanın tanınmış aktyorunun oğlunu təltif etdi
01 May 2025 18:06
Prezident bu şəxsi yüksək ordenlə təltif etdi SƏRƏNCAM
11 Yanvar 2025 14:24
Baxış sayı:85
Bu xəbər 29 Sentyabr 2025 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















