Icma.az
close
up
RU
“İsrail mərhələli şəkildə Qəzzadan çəkiləcək” Tramp

“İsrail mərhələli şəkildə Qəzzadan çəkiləcək” Tramp

Icma.az bildirir, 525.az portalına istinadən.

ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı keçirdikləri görüşdən sonra mətbuat konfransına qatılıblar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Tramp nitqinə müsəlman ölkələrinə verdikləri dəstəyə görə təşəkkür etməklə başlayıb.

ABŞ lideri qeyd edib ki, bu gün sülh üçün tarixi bir gündür: “Bu, gözəl və möhtəşəm bir gündür, sivilizasiyanın ən böyük günlərindən biridir. Bu, yüzlərlə, minlərlə ildir davam edir münaqişənin bitməsidir. Mən inanıram ki, biz indi buna çox yaxınıq. Biz bir çox ölkələrlə işləmişik, bu, problemi həll etməyin yeganə yolu budur. Bu, Qəzzadan kənara çıxır. Mən Yaxın Şərqdə sülhdən danışıram”.

O, Netanyahu ilə Qəzzada müharibəni necə bitirməyi müzakirə etdiklərini söyləyib: “Bu, daha böyük mənzərənin bir hissəsidir və mən əbədi sülhdən danışıram. Hər kəsin gözlədiyindən də artıqdır. İsrailin qonşularından aldığım dəstək inanılmazdır. Burada adlarını çəkdiyim bütün millətlər təkliflərə öz töhfələrini veriblər. Ərəb və müsəlman xalqlarının liderlərinə dəstəyə görə təşəkkür edirəm. Bu təklifə Aİ-dəki müttəfiqlər də daxildir. Planı qəbul etdiyi üçün Netanyahuya da təşəkkür edirəm. Qətər əmiri inanılmaz insandır. Birləşmiş Ərəb Əmirlikləri tam şəkildə danışıqlarda iştirak etdi. 2000-3000 il keçib, hər şeyin mürəkkəb olması normaldır. İordaniya kralı bizimlə idi, Türkiyə prezidenti Ərdoğan mənim dostum, güclü və yaxşı insandır. İndoneziya Prezidenti böyük liderdir, bizimlə idi. Bəziləri telefonla əlaqə saxladılar. Pakistanın Baş naziri də əvvəldən bizimlə idi. Onlar bu müqaviləyə inandıqlarını bəyan etdilər. Onlar bunu tam dəstəklədiklərini bildiriblər. Misir prezidenti gözəl insandır”.

Donald Tramp vurğulayıb ki, HƏMAS bu təklifi qəbul edərsə, qalan bütün girovların azad edilməsi mütləqdir: “Valideynlər üçün gənclərin cəsədlərini çıxarmaq da çətindir. Valideynlərlə danışdım və onlar həlak olmuş oğullarının cəsədlərinin çıxarılmasını vacib hesab edirlər. Hərbsizləşdirilmiş Qəzza və HƏMAS-ın hərbi imkanlarının aradan qaldırılması dərhal həyata keçirilməlidir. Adını çəkdiyim ölkələri HƏMAS-a müraciət etməyə çağırıram. HƏMAS da bunu aradan qaldırmaq istəyir. Bu, yaxşı haldır. Bütün terror infrastrukturunu - tunelləri, silah istehsalı mərkəzini və yerli polis qüvvələrini silmək üçün yeni keçid hökuməti olacaq və İsrail tədricən geri çəkiləcək”.

ABŞ prezidenti qeyd edib ki, şərtləri qəbul etməsə, İsrail HƏMAS-ın məhv edilməsində onun tam dəstəyini alacaq: “Əgər HƏMAS razılaşmanı rədd edərsə, sizə lazım olan bütün dəstəyi verəcəyik, son məqsəd təhlükəni aradan qaldırmaqdır. Bu, HƏMAS-ın təhdididir. Terrora son qoyulmalıdır və ümid edirik ki, bu, sonsuza qədər davam edəcək. Mənim planım yeni beynəlxalq nəzarət orqanının, sülh şurasının yaradılmasıdır. Bu şuraya ABŞ rəsmisi sədrlik edəcək. İdarə heyətində digər ölkələr də yer alacaq. Böyük Britaniyanın keçmiş Baş naziri yaxşı insandır. Digər şəxslər daha sonra açıqlanacaq. Məndən başqa hamı bu şurada yer istəyib. Fələstin hökuməti üçün addımlar atılacaq və HƏMAS Fələstinin idarəçiliyində iştirak etməyəcək”.

Tramp Netanyahunun döyüşçü olduğunu söyləyib: “İsraildə məni sevirlər. Bu adam döyüşçüdür, o, normal həyata necə dönəcəyini bilmir və İsrail ona sahib olduğu üçün şanslıdır, lakin israillilər normal həyata qayıtmaq istəyirlər. Avropalı dostlarımız Fələstin dövlətinin tanınmasını həyata keçirdilər. İnanıram ki, onlar bu prosesdən bezdikləri üçün bunu ediblər. Bu müharibə dəhşətlidir və fələstinlilər də sülh şəraitində yaşamaq istəyirlər. Fələstinliləri məsuliyyəti öz üzərinə götürməyə çağırıram. Bu gün təqdim olunan plan girovları geri almaq, müharibəni dayandırmaq və hər şeyi arxada qoymaqdır. İsrailin təhlükəsizliyi və Fələstinin uğuru üçün bir neçə gündə, bəlkə də əbədi olaraq bir güllə belə atılmamalıdır. Regionun liderləri bunun reallığa çevrilməsi üçün yaxşı şansın olduğunu deyirlər. Tarixdə heç bir prezident İsrailə dostluq etməyib. İbrahim razılaşmaları gözəldir. İranı da bura daxil etmək olar və ümid edirəm ki, biz İranla da razılığa gələ bilərik. Düşünürəm ki, onlar buna açıq olacaqlar”.

İbrahim Cəfərov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aida İmanquliyeva Şərqlə Qərb arasında elmi körpü

19 Sentyabr 2026 09:47see503

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see271

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see266

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see248

Bankların KREDİT MÜƏMMASI 18 yaşı yetkinlik saymırlar?

19 Sentyabr 2026 12:35see242

Türk məşhurlara qarşı əməliyyat: Onlar həbs edildi

19 Sentyabr 2026 17:26see239

Antiterror əməliyyatının ən mühüm cəhətlərindən biri mülki əhaliyə və sosial infrastruktura zərər verilməməsi oldu RƏY

19 Sentyabr 2026 17:12see231

Əbədi yaşamaq mümkündürmü? Fizikdən inanılmaz

19 Sentyabr 2026 22:17see225

Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək

19 Sentyabr 2026 17:07see222

Naxçıvanda qadınların iqtisadi fəallığının artırılmasına və biznes imkanlarına həsr olunan forum keçirilib

19 Sentyabr 2026 14:22see218

Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır

19 Sentyabr 2026 01:55see211

Ağdərədə yeni su elektrik stansiyaları və rəqəmsal enerji infrastrukturu qurulur

19 Sentyabr 2026 11:43see206

Azərbaycanda vergi daxilolmalarının gələn il gözlənilən strukturu AÇIQLANDI

19 Sentyabr 2026 12:29see203

Əsrin müqaviləsi nin 32 yaşı oldu

20 Sentyabr 2026 01:07see203

Ararat Mirzoyan “Biz hələ indi dövlət olmağa başlayırıq”

20 Sentyabr 2026 03:31see195

ABŞ da dizel yanacağının orta qiyməti rekord həddə çatıb

20 Sentyabr 2026 05:19see191

Azərbaycan xristianlığının qədim mərkəzi Gəncəsər monastırı

20 Sentyabr 2026 04:50see188

Almaniya ilk “F 35A” qırıcısını ABŞ dən təhvil alıb

19 Sentyabr 2026 04:54see183

Husilər dən Səudiyyə Ərəbistanına dron yağışı ..

20 Sentyabr 2026 05:15see179

Hülya Avşar “Kanlı Nigar”la səhnəyə qayıdır

20 Sentyabr 2026 01:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri