Almaniyada DƏHŞƏTLİ QƏZA Qatar körpüdən aşdı VİDEO
Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İyunun 20-nə keçən gecə Münhendəki (Almaniya) dəmir yolu körpüsündə iki yük qatarının toqquşması nəticəsində iki vaqon təxminən beş metr hündürlükdən küçəyə düşüb. Hadisə zamanı 1 nəfər ciddi xəsarət alıb.
Bizim.Media xəbər verir ki, bu barədə Almaniyanın rəsmi DPA agentliyi məlumat yayıb.
Şəhər polisinin yaydığı bəyanatda qatarın daxilində hər hansı bir təhlükəli və ya kimyəvi maddənin olmadığı, bu səbəbdən ictimaiyyət üçün heç bir ekoloji və ya digər təhlükə riskinin yaranmadığı vurğulanıb.
Almaniya Dəmir Yolları ("Deutsche Bahn") rəsmiləri bildiriblər ki, qəzanın baş verdiyi xətt yalnız yük daşımaları üçün nəzərdə tutulduğundan, hadisə sərnişin qatarlarının hərəkət qrafikinə təsir göstərməyib.
Hazırda vaqonların düşdüyü avtomobil yolu tamamilə bağlanıb. Aidiyyəti qurumlar qəzanın nəticələrinin aradan qaldırılması və təmizləmə işlərinin bazar gününə qədər davam edə biləcəyini qeyd ediblər.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:228
Bu xəbər 20 İyun 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















