Icma.az
close
up
RU
Almaniyada radikal sağ iki qrupun üzvü olan 189 nəfərin axtarışı davam edir AZƏRTAC

Almaniyada radikal sağ iki qrupun üzvü olan 189 nəfərin axtarışı davam edir AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Berlin, 2 yanvar, AZƏRTAC

Almaniyanın Daxili İşlər Nazirliyi alman dövlətini qəbul etməyən radikal sağ “İmperiya vətəndaşları” və “Özidarəedicilər” adlı qrupların üzvləri olan 189 nəfərin axtarışda olduğunu açıqlayıb.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu barədə nazirliyin Sol Partiyanın sorğusu ilə bağlı cavabında qeyd olunub.

Həmin 189 nəfər haqqında ümumilikdə 254 halda həbs qərarı qəbul olunub. Həbs qərarının 20-si siyasi motivlərlə törədilən zorakılıq, 77-si hədə-qorxu gəlmə, saxtalaşdırma kimi siyasi əsaslarla törədilən cinayətlərlə bağlıdır. Digərləri isə siyasi motivli olmayan ümumi cinayətlərdir.

Axtarılan şəxslərin 20-sinin ölkə xaricində olduğu ehtimal edilir, bəziləri isə illərdir axtarışdadır. Ötən ilin mart-sentyabr aylarında hər iki qrupun üzvlərindən ümumilikdə 93 nəfər saxlanılıb.

Almaniya Federativ Respublikasının mövcudluğunu qəbul etməyən və ölkənin İkinci Dünya müharibəsində qalib gəlmiş dövlətlərin hələ də işğalı altında olduğunu iddia edən “İmperiya vətəndaşları” qrupu Almaniya İmperiyasının yenidən qurulmasını hədəfləyir. Özlərini Almaniya Federativ Respublikasının vətəndaşları hesab etməyən digər qrupun üzvləri isə vergi ödəməkdən və inzibati cəzalardan boyun qaçırırlar.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Yanvar 2025 23:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see720

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see164

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see149

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see134

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri