Icma.az
close
up
RU
Almaniyada Rusiya ilə müharibəyə hazırlaşır

Almaniyada Rusiya ilə müharibəyə hazırlaşır

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Bundestaqın (Almaniya parlamenti) Müdafiə Komitəsinin rəhbəri Tomas Rövekamp ölkədə məcburi hərbi xidmətin bərpası ilə bağlı qərarın 2027-ci ilin yayından gec olmayaraq qəbul edilməli olduğunu bildirib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, o, Bundesverin (Almaniya Silahlı Qüvvələri) şəxsi heyəti üçün məcburi illik hədəflərin müəyyən edilməsi məsələsini də müdafiə edib.

“2027-ci ilin yayından gec olmayaraq hərbi xidmətə çağırışın qaytarılması ilə bağlı qərar verməliyik və bu qərar üçün ümumi meyarlar müəyyən etməliyik. Haaqa sammitində Almaniya NATO-ya iddialı hərbi imkanlara söz verib ki, bu da ehtiyatda olan əsgərlərin sayını 250 faiz artırmaqla yanaşı, qoşunların sayının da 50 faiz artırılmasını tələb edir.

Son günlər (Rusiya tərəfindən) NATO hava məkanında, eləcə də Almaniyanın hərbi və mülki infrastrukturuna qarşı təhdidlər baş verir, müdafiə qabiliyyətimizi gücləndirməklə vaxt itirə bilmərik. Buna görə də, şəxsi heyətin artırılması, xüsusən də aktiv qoşunlar üçün illik məcburi hədəflərə ehtiyacımız var”, - Rövekamp deyib.

Almaniyada məcburi hərbi xidmətin bərpası təklifini müdafiə naziri Boris Pistorius da müdafiə edib.

Almaniya Müdafiə Nazirliyi Bundesverin aktiv şəxsi heyətinin sayını 260 000-ə, ehtiyat qüvvələri 200 000-ə çatdırmağı hədəfləyir. Avqustun 27-də Almaniya hökuməti Pistoriusun yeni hərbi xidmət modeli haqqında qanun layihəsini qəbul edib.

Almaniyada məcburi hərbi çağırış 2011-ci ilin iyulunda ləğv olunub, bundan sonra peşəkar orduya keçid baş tutub.

Xatırladaq ki, Litva, Estoniya, Danimarka və Polşa Rusiya pilotsuz təyyarələri və ya qırıcılarının son həftələrdə onların hava məkanını pozduğunu bəyan edərək, NATO alyansını Avropanın şərq cinahı ətrafında müdafiəni gücləndirməyə sövq edib. Almaniya Kansleri Fridrix Merts baş verənlərdən sonra artıq ölkəsinin də sülh içində olmadığını açıqlayıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:221
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 04 Oktyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see393

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see383

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see336

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see311

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see305

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see244

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see244

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see242

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see239

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see219

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see213

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see210

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see206

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see202

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see201

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see201

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see197

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see197

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see190

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri