Almaniyada Rusiya əsilli NAZİR
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Almaniya Sosial Demokrat Partiyasının (SPD) nümayəndəsi Natali Pavlik yeni hökumətdə miqrasiya, qaçqınlar və inteqrasiya naziri vəzifəsini tutacaq.
Modern.az xəbər verir ki, bu barədə SPD-nin saytında məlumat yerləşdirilib.
"O, uğurlu inteqrasiya nümunəsidir və 25 yaşından artıq federal hökumətin köçürmə və milli azlıqlar üzrə komissarı vəzifəsini tutub", - partiyadan bildirilib.
Qeyd edək ki, Pavlik Rusiyada Tümen vilayətində anadan olub və beş yaşında valideynləri ilə birlikdə Almaniyaya köçüb.
O, 15 yaşında siyasətə qarışmağa başlayıb, məktəb şuralarında xidmət edib və burada miqrant uşaqları üçün əlçatan təhsil üçün fəal mübarizə aparıb. 2021-ci ildə xanım Pavlik Bundestaq deputatı seçilib, bir il sonra isə hökumətin miqrantlar və milli azlıqlar üzrə komissarı vəzifəsinə təyin edilib.
Qeyd elan ki, yeni hökumət mayın 6-da işə başlayacaq. Hökumətə Fridrix Merz başçılıq edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 05 May 2025 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















