Icma.az
close
up
RU
“Almaniyada seçki öncəsi müəmmalı ölümlər: təsadüf, yoxsa şübhəli ardıcıllıq?“

“Almaniyada seçki öncəsi müəmmalı ölümlər: təsadüf, yoxsa şübhəli ardıcıllıq?“

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Şimali Reyn-Vestfaliyada yeddi AfD namizədinin ölümü cəmiyyətdə konspiroloji şayiələr doğurub, amma polis hər şeyi təsadüf kimi qiymətləndirir..."

Şimali Reyn-Vestfaliya əyalətində sentyabrın ortasında keçiriləcək yerli seçkilər ərəfəsində "Almaniya üçün Alternativ" (AfD) partiyasının yeddi nümayəndəsi bir-birinin ardınca dünyasını dəyişib. Son ölüm xəbəri sentyabrın 3-də yayılıb və bu ardıcıllıq dərhal sosial şəbəkələrdə "qəsdən qətl" ehtimalları ilə bağlı söz-söhbətləri alovlandırıb.

Moderator.az xəbər verir ki, bu barədə "Press.lv" məlumat yayıb.

Polisin mövqeyi: cinayət izi yoxdur

Alman polisi iddiaları qəti şəkildə rədd edir. Hüquq-mühafizə orqanlarının açıqlamasına görə, bütün hallarda "təbiət mənşəli ölüm" qeydə alınıb və yalnız ilk hadisədə - 59 yaşlı Volfqanq Zaytsın infarktdan qəfil ölümündə standart prosedur olaraq araşdırma aparılıb. Polis nəticə çıxarıb ki, heç bir zorakılıq əlaməti yoxdur.

Digər namizədlərin də ölümü rəsmi qurumlar tərəfindən təbii səbəblərlə izah olunur. AfD-nin Şimali Reyn-Vestfaliya şöbəsinin sədr müavini Kay Qotşalk da bütün bu hadisələri "təsadüf" adlandırır. Onun sözlərinə görə, hazırda mövcud məlumatlar "ən azı şübhələri təsdiqləmir" və dərhal "sui-qəsd nəzəriyyələrinə" qapılmaq düzgün olmaz.

Ölüm səbəbləri: infarkt, xroniki xəstəliklər və intihar

Məlumata görə, Stefan Berendesin (Bad-Lippşprinqe şəhərindən namizəd) və daha iki namizədin - Volfqanq Klinger və Ralf Langenin ölümü də "təbiidir". "Politico" yazır ki, Rene Herford xroniki qaraciyər xəstəliyi səbəbilə böyrək çatışmazlığından dünyasını dəyişib, 42 yaşlı Patrik Titse isə hələ
iyulun 1-də intihar edib. Sonuncu ölüm isə 80 yaşlı Hans-Yoaxim Kində aiddir, o, uzun sürən xəstəlikdən sonra həyatını itirib.

Digər partiyalarda da oxşar hallar

Seçki komissiyası "Bild" qəzetinə açıqlamasında bildirib ki, seçki kampaniyası dövründə yalnız AfD deyil, digər partiyalardan da ən azı altı namizəd ölüb. Onların arasında Heyvanların Müdafiəsi Partiyası, Azad Seçicilər, Azad Demokratlar və Müstəqil Seçici Birliyi nümayəndələri var. Komissiya rəsmisinin sözlərinə görə, "belə hallara təəssüf ki, hər seçkidə rast gəlinir və partiya mənsubiyyətindən asılı deyil".

Seçkilər və siyasi fon

Şimali Reyn-Vestfaliya Almaniyanın ən çox əhalisi olan əyalətidir (18 milyon nəfər) və burada 14 sentyabr seçkilərində təxminən 20 min namizəd mübarizə aparacaq. AfD son illərdə federal səviyyədə 16-17 faiz səs toplayaraq yüksəlişdə olsa da, 2022-ci ildə bu əyalətdə cəmi 5,4 faiz dəstək qazana bilib. Ölümlərin təsadüfi olub-olmaması barədə mübahisələr hələ səngiməsə də, həm polis, həm də yerli siyasətçilər seçki prosesinə etimadın qorunmasının vacibliyini vurğulayır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://moderator.az
archiveBu xəbər 04 Sentyabr 2025 23:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri