Icma.az
close
up
RU
Almaniyanın Vestfaliya əyalətində müəmmalı ölümlər

Almaniyanın Vestfaliya əyalətində müəmmalı ölümlər

Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Koalisiya hökumət hərəkətə keçib

Almaniyada siyasi qalmaqal yaradan hadisə baş verib. Belə ki, Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya əyalətində sentyabrın 14-də baş tutacaq yerli seçkilərə iki həftədən az qalmış ifrat sağçı “Almaniya üçün Alternativ” (AfD) partiyasının altı namizədi dünyasını dəyişib. Əvvəlcə yalnız dörd siyasətçinin ölümü barədə məlumat verilmişdi. Lakin sonradan bu say altıya yüksəlib. Bu, sözügedən əyalətdə çox ciddi rezonans doğurub. Hannover Universitetinin Dövlət Maliyyə İnstitutunun direktoru Stefan Homburq “X” sosial şəbəkəsində ard-arda ölümlərin müəmmalı olduğunu və statistikaya görə, bunun qeyri-mümkün olduğunu bildirib. Qeyd edək ki, AfD-nin vəfat edən dörd namizədi 66 yaşlı Ralf Lanq, 59 yaşlı Volfqanq Seyts, 71 yaşlı Volfqanq Klinqer və 59 yaşlı Stefan Berendesdir. Şimali Reyn-Vestfaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki kampaniyası dövründə digər partiyalardan - o cümlədən Yaşıllar və Sosial Demokratlardan da bir neçə namizəd dünyasını dəyişib. Polis rəsmiləri isə vurğulayıblar ki, bu ölümlərdə şübhəli heç nə yoxdur, lakin yaranmış vəziyyət bülletenlərin yenidən çap edilməsinə və artıq poçtla səs vermiş bəzi seçicilərin yenidən səs verməsinə səbəb olub. 

Siyasi qətllər, yoxsa ...

Məsələ ilə bağlı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin siyasi eksperti Sultan Zahidov “Yeni Azərbaycan” qəzetinə şərhində qeyd edib ki, Almaniya Federativ Respublikasının seçki tarixində bu kimi hadisələr nadir hallarda baş verib. “Şimali Reyn-Vestfaliya əyalətində sentyabrın 14-də baş tutacaq yerli seçkilər ərəfəsində ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının altı namizədinin vəfat etməsi müəyyən mənada rezonans doğura bilər. Lakin ilkin araşdırmalara görə, AfD-nin beş namizədi müxtəlif xəstəliklərdən vəfat edib, digər namizəd isə sui-qəsd nəticəsində dünyasını dəyişib. Üçüncü bir tərəfin bu ölümlərdə iştirakı sübuta yetirilməyib. Buna görə də Vestfaliya əyalətinin rəhbərliyi bu məsələni siyasiləşdirməməyə çağırıb. Hesab edirəm ki, burada hər hansı müəmma axtarmaq lazım deyil və bu, heç bir nəticə də verməyəcək. Almaniya Federativ Respublikasının tarixində siyasi xarakterli qətllər çox nadir hallarda baş verib”.

AfD kabusu Vestfaliyaya da sıçrayıb?

“Sentyabrın 14-də Şimali Reyn-Vestfaliya əyalətində keçiriləcək yerli seçkilərdə 20 min namizəd iştirak edəcək. 20 min namizəddən 1000 və ya 1500 nəfəri AfD-yə mənsubdur. Altı namizədin dünyasını dəyişməsi ultra-sağçı partiyanın seçki kampaniyasına heç bir mənfi təsir göstərməyəcək. Onsuz da AfD bu əyalətdə elə də güclü siyasi dayaqlara malik deyil. Almaniyanın yalnız şərq vilayətlərində AfD-yə rəğbət bəsləyənlər çoxdur. Vestfaliya əyalətində baş tutan son yerli seçkilərdə AfD səslərin 5.18 faizini toplaşmışdı. Bu ilin fevralın 25-də Almaniyada keçirilən Bundestaq seçkilərində isə Vestfaliya sakinlərinin cəmi 16 faizi AfD -yə səs verib. Əyalətdəki əhalinin əksəriyyəti Xristian Demokratlar İttifaqı Partiyası (CDU) və Sosial Demokratlar Partiyasını (SPD) dəstəkləyir,” - deyə S.Zahidov əlavə edib ki, AfD-nin Vestfaliyada növbəti yerli seçkilərdə yüksək nəticə əldə etmək şansı yoxdur: “Almaniyanın “İNSA” agentliyinin Vestfaliyadakı yerli seçkilərlə bağlı son sorğularına görə, bu seçkilərdə CDU və SPD önə çıxacaq, AfD isə səslərin yalnız 15 və ya 16 faizini əldə edəcək”.

Koalisiya hökumət təcili hərəkətə keçib - “Payız islahatları”

Yaxın zamanda Almaniyada geniştərkibli islahatların aparılması gözlənilir. Koalisiya hökumətdə yer alan tərəfdaş partiyalar - Xristian Demokratlar İttifaqı, Xristian Sosial İttifaqı və Sosial Demokratlar Partiyası ölkənin iqtisadi və sosial problemlərinə həll yolları tapmaq istiqamətində birgə addımlar atmaq qərarına gəliblər - koalisiya komitəsində aparılan müzakirələrdən sonra mətbuat nümayəndələri üçün təşkil olunan brifinqdə tərəflər sənaye, avtomobil istehsalı və sosial dövlət sahələrində geniş islahatlar aparmaq barədə razılığa gəldiklərini açıqlayıblar. Koalisiyanın prioritetləri arasında Almaniya iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması, iş yerlərinin qorunması və yenilərinin açılması ilə bağlı məsələlərin yer aldığı qeyd olunub. SPD-nin həmsədri Berbel Bas hökumət daxilindəki ictimai çəkişmələrə son qoyulmasının və diqqətin ortaq məqsədlərə yönəlməsinin vacibliyini bildirib. SPD-nin digər həmsədri və vitse-kansler Lars Klinqbayl və CSU-nun sədri Markus Zöder qarşıdakı ayların ölkə üçün həlledici olduğunu vurğulayıblar. L.Klinqbayl federal büdcədəki kəsirin bağlanması üçün ədalətli ümumi paketin hazırlanacağını bildirib. Qeyd edək ki, “Payız islahatları” çərçivəsində hökumət əsasən sosial təminat, pensiya və bələdiyyə maliyyəsi sahələrində dəyişikliklər nəzərdə tutur. Koalisiya tərəfdaşları sosial dəstək sistemi - vətəndaş müavinəti ilə bağlı sərt qaydalar tətbiq etməklə ilk mərhələdə 1,5 milyard avro, sonrakı illərdə isə 5 milyard avroya qənaət planlaşdırır. Büdcə planına əsasən, Almaniyanın dövlət xərcləri 2026-cı ildə 520 milyard avroya, 2029-cu ildə isə 572 milyard avroya çatacaq. Koalisiya, həmçinin sosial dövlətin strukturunu sadələşdirmək üçün yeni komissiyanın işinə start verib. Bu orqan ilin sonunadək vətəndaşlıq müavinəti, yaşayış yardımı və uşaq müavinətlərinin optimallaşdırılması barədə təkliflər təqdim edəcək.

Almaniyada sosial-iqtisadi böhran dərinləşməkdədir - ölkədə iri sənaye müəssisələri, istehsal obyektləri və bir sıra iqtisadi sektorlar iflas təhlükəsi ilə üz-üzədir. Avtomobil istehsalı müəssisələrində, o cümlədən sənaye obyektlərində iş yerlərinin ixtisarı davam etməkdədir - bu da öz növbəsində ölkədə geniş işsiz kütlənin yaranmasına yol açır. Almaniyanın ixracatı əvvəlki illərə nisbətən xeyli miqdarda azalıb. İqtisadi problemlərlə yanaşı, ölkədəki sosial narazılıq da diqqət mərkəzindədir. Son proseslər əhalinin sosial rifahına ciddi şəkildə təsir göstərir. Ekspertlər hesab edirlər ki,  ölkədə iqtisadi-sosial vəziyyətin daha da ağırlaşması arzuolunmaz təlatümlərə gətirib çıxara bilər - demək olar ki, Merts hökumətinin xalq arasındakı reytinqi aşağı düşməkdədir və koalisiya hökumətə inamsızlıq artıb. Bütün bunların fonunda AfD-nin bu şəraitdən istifadə edib hakimiyyətə gəlmək imkanları çoxalır.

Yunis ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:297
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see310

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see304

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see300

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see285

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see284

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see277

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see268

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see266

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see265

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see251

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see237

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see227

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see226

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see223

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see221

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see219

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see212

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see211

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see187

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri