Icma.az
close
up
RU
Almaniyada təbiət abidəsi buz mağarası əriyib

Almaniyada təbiət abidəsi buz mağarası əriyib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 12 sentyabr, AZƏRTAC

Almaniyadakı Berxtesqaden Milli Parkındakı Vatsman şərq divarının ətəyində yerləşən məşhur Buz qülləsi çökərək Bavariyanın ən mühüm geotoplarından birini də özü ilə götürüb.

AZƏRTAC Almaniya mətbuatına istinadla xəbər verir ki, bu barədə Berxtesqaden Milli Parkının administrasiyası məlumat yayıb.

Belə ki, 900 metr hündürlükdə yerləşən Buz qülləsi alman Alp dağlarının ən aşağı daimi buz sahəsi hesab olunurdu və hər il minlərlə insan tərəfindən ziyarət edilirdi. Bu məkan firn buz sahəsinin içərisindəki boşluqdur (firni dilində – “keçənilki”, “köhnə” - sıx yığılmış, dənəvər və qismən yenidən kristallaşmış, adətən çoxillik qar, daha doğrusu - qar və buzlaq buzları arasında aralıq mərhələ).

İqlim dəyişikliyi son illərdə buz massivlərinə artan ziyan vurur.

Milli Park administrasiyasının məlumatına görə, tədqiqatçılar Buz qülləsinin sonunu proqnozlaşdırsalar da, onun bu yay dağılması hətta mütəxəssisləri belə təəccübləndirib. İndi onlar əraziyə getməmək barədə xəbərdarlıq edirlər. 1953-cü ildən bəri demək olar ki, bir milyon kubmetr firn buzu əriyib, təkcə 2019-cu ilin sonundan bu yana 575 min kubmetrdən çox ərimə sahəsi qeydə alınıb. Məlumatda deyilir ki, az qarlı qış və isti yay strukturu zəiflədib və son həftələrdə yağan yağıntılar nəhayət onun dağılmasına səbəb olub.

Buz mağarasının bərpası mümkündür, lakin zəmanət verilmir.

Milli Parkın direktoru Roland Bayer bunu “şokedici itki” və iqlim dəyişikliyinin görünən sübutu adlandırır. O, həmçinin xəbərdarlıq edir ki, buradakı son iki buzlaq cəmi bir neçə ildən sonra yox ola bilər. “Belə bir nəticə hasil olur ki, biz təkcə mühüm regional əlamətdarlığı deyil, həm də milli əhəmiyyətə malik geotopu itiririk”, -deyə o əlavə edib.

Təbiətşünas və alman coğrafiyaşünası Aleksandr fon Humboldt artıq 1797-ci ilin noyabrında Buz qülləsini ziyarət etmişdi. Bu təbiət abidəsinin cəmi 900 metr hündürlükdəki firn buz sahəsində bir boşluq kimi regenerasiya olub-olmayacağı sual altındadır. Onilliklər ərzində bu mağaranı tədqiq edən geoloq Andreas Vulf isə xüsusilə qarlı qışlardan sonra bərpanın mümkün olacağına inanır, lakin buna tam əmin deyil. Onun fikrincə, Vatsmanın şərq yamacının ətəyindəki buz dərəsinin sonunda qış yağıntıları uçquna bənzər qar kimi yığılmağa davam edəcək və mağara sistemi ilə firn buz sahəsini əmələ gətirəcək. “Qarşıdakı aylar bu nəticələrin nə qədər doğru olduğunu göstərəcək”, deyə geoloq bildirib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, heç bir halda Buz qülləsinin qalıqlarına girmək olmaz. Onun çökməsi dağlıq ərazilər üçün ciddi təhlükə yaradıb. Bu fikri alimlər və milli park administrasiyası da qeyd edir: “Turistlərə Buz qülləsinin qalıqlarına daxil olmaqdan çəkinməyi qətiyyətlə tövsiyə edirik; onun bütün ərazisində ciddi qayaların uçması riski var. Hətta sonuncu yerdə qalan buz qövsü və divarlar istənilən vaxt təhlükə törədə bilər”.

Milli Parkın direktoru Roland Bayer xəbərdarlıq edir: “Hər dəqiqə ərazidə gurultu eşidilir”.

Andreas Vulf onun sözlərinə əlavə edir: “Firn buz massivləri üçün dəstəyin tamamilə itirilməsi səbəbindən Buz qülləsinin cənub yamacı sabitliyini itirməkdə davam edir. Böyük daşlar yamacdan yuvarlanır və bu ərazidə insanları təhlükə altına alır. Burada həyat üçün təhlükəli vəziyyətlər yarana bilər”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://azertag.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri