Almaniyada yəhudilərə qarşı hücumlar planlaşdırmaqda ittiham olunan üç nəfər həbs edilib
Oxumeni.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Berlində ikisi Almaniya vətəndaşı olan üç Həmas üzvü həbs edilib. Onlar terror təşkilatına mənsub olmaqda və Almaniyada yəhudilərə və İsrail hədəflərinə qarşı hücumlar planlaşdırmaqda ittiham olunurlar. Bu barədə Almaniya Federal Prokurorluğu mətbuata açıqlamasında bildirib.
Prokurorluq aydınlaşdırıb ki, şübhəlilər xarici terror təşkilatına üzv olmaqda və dövlət təhlükəsizliyinə təhdid yaradan ağır cinayət hazırlamaqda ittiham olunurlar.
"Ən azı 2025-ci ilin yayından etibarən onlar Almaniyada təşkilat üçün odlu silah və döyüş sursatlarının tədarükü ilə məşğul olublar. "Bu silahlar HƏMAS üçün Almaniyada İsrail və ya yəhudi hədəflərinə qarşı cinayətlər törətmək üçün nəzərdə tutulub", - prokurorluğun mətbuata açıqlamasında deyilir.
Sentyabrın 10-da alman siyasətçisi Sahra Vaqenknext Almaniya hökumətini İsrailin Qətərə hərbi hücumunu pisləməyə və Təl-Əvivə silah satışını qadağan etməyə çağırıb. O, həmçinin bəyan edib ki, Almaniya Fələstini suveren dövlət kimi tanımalıdır.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 02 Oktyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















