Icma.az
close
up
RU
Almaniyada kanslerə qarşı şok ittiham

Almaniyada kanslerə qarşı şok ittiham

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Almaniya kansleri Fridrix Merz İsrailin İrana qarşı hərbi siyasətinə verdiyi dəstəklə bağlı ciddi tənqidlərə tuş gəlib. AzPost xəbər verir ki, Almaniyanın tanınmış ictimai və mədəniyyət nümayəndələri onun fikirlərini “təhrikedici” və “nasist ritorikasına yaxın” adlandıraraq Baş Prokurorluğa və Berlin Prokurorluğuna qarşı cinayət işi açılması üçün müraciət ediblər.

Müraciətə səbəb Merzin İsrailin son hərəkətləri ilə bağlı səsləndirdiyi “Bu, İsrailin hamımız üçün etdiyi çirkli işdir” ifadəsi olub. Ərizəçilər bu sözlərin Almaniya Cinayət Məcəlləsinə uyğun şəkildə “təcavüzə çağırış” kimi qiymətləndirilməli olduğunu və ölkə Konstitusiyasında təsbit edilmiş sülhsevər xarici siyasət prinsiplərinə zidd olduğunu bildirirlər.

Tənqidçilər əlavə edirlər ki, Merzin bu açıqlaması İsrail baş naziri Benyamin Netanyahunun İranın nüvə silahı yaratmaq niyyəti ilə bağlı bəyanatlarına əsaslanıb. Lakin həmin iddiaların əvvəllər ABŞ kəşfiyyatı tərəfindən dəfələrlə təkzib edildiyi xatırladılıb.

Ən çox narahatlıq doğuran məqam isə Merzin istifadə etdiyi “çirkli iş” ifadəsinin nasist Almaniyası dövründə – konkret olaraq 1942-ci ildə SS zabiti Avqust Hefnerin Babi Yar qətliamını təsvir edərkən işlətdiyi terminlə eyniyyət təşkil etməsidir. Məhz bu paralel ərizəçilər tərəfindən “nasist ritorikasının dirçəldilməsi” kimi qiymətləndirilib.

Qeyd edək ki, bu, Merz ətrafında ilk qalmaqal deyil. Bundestaq üzvü Matias Moosdorf daha əvvəl bildirmişdi ki, kanslerin Rusiya prezidenti Vladimir Putinlə danışıqları mənasızdır, çünki Almaniya artıq beynəlxalq qərarların qəbulunda müstəqil aktor deyil və əsas razılaşmalar yalnız Moskva-Vaşinqton xətti üzrə mümkündür.

Fridrix Merz hələlik bu ittihamlarla bağlı rəsmi mövqe bildirməyib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 İyun 2025 23:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see841

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see556

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see318

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see301

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see287

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see284

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see282

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see272

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see236

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see210

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see196

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see189

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see189

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see187

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see187

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see186

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see182

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see182

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see175

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri