Icma.az
close
up
RU
Almaniyalı məşqçidən Türkiyə futbolu ilə bağlı etiraflar Beşiktaş dan təklif almışdım

Almaniyalı məşqçidən Türkiyə futbolu ilə bağlı etiraflar Beşiktaş dan təklif almışdım

Footbal-plus saytına istinadən Icma.az xəbər verir.

Almaniyalı məşqçi Andre Braytenrayter Türkiyə mətbuatına maraqlı açıqlamalar verib. O, ''Beşiktaş''la bağlı etiraflar edib və Türkiyədən bir neçə klubdan təkliflər aldığını bildirib.

Braytenrayter Almaniyada 2013/14-də ''Paderborn''u, 2016/17-də ''Hannover-96''nı bundesliqaya yüksəltməklə ad çıxarıb. Elitada ''Şalke-04'', ''Hannover-96'' və ''Hoffenhaym''ı çalışdırmış bu mütəxəssisin ən böyük uğuru 2021/22-də ''Sürix'' ilə qazandığı İsveçrə çempionluğudu.
2023/24-də çempionşip təmsilçisi ''Haddersfild''də də işləmiş 52 yaşlı çalışdırıcı bunları deyib:

''2023-ün sonlarına yaxın ''Beşiktaş''dan rəsmi təklif aldım. O dönəm başqanın köməkçisi işləyən şəxs mənə zəng vurdu. İsrarla təklifi qəbul etməyimi istəyirdilər. ''Hoffenhaym''dan yeni ayrılmışdım və işsiz idim. ''Beşiktaş'' kimi ənənələri olan böyük klubda çalışmaq mənim üçün qürur mənbəyi olardı. Amma qarşıdan prezident seçkiləri gəlirdi. Bir qədər qarışıq durum yaranmışdı. Ona görə də təklifi qəbul etmək üçün doğru zaman deyildi və anlaşa bilmədik. Son illərdə Türkiyə klublarından bir çox təkliflər almışam. Bu mövsümün əvvəlində iki klub mənimlə əlaqə saxlamışdı. Bu yaxınlarda başqa bir klubdan zəng vurub maraqlananlar olmuşdu. Türkiyə çempionatı almaniyalı məşqçilər və mənim üçün həyəcanverici bir seçimdi. Sadəcə doğru zamanda doğru təklifi almaq önəmlidi. Türkiyə çempionatını yaxından təqib edirəm. Almaniyalı məşqçilər orda önəmli işlər görür. Tomas Rays ''Samsunspor''u Avropaya daşıyıb və Konfrans Liqasında uğurlu nəticələr əldə edir. Domeniko Tedesko çox xaotik bir dönəmdə ''Fənərbaxça''nın başına keçdi. Buna baxmayaraq məğlubedilməz bir komanda yaradıb. Hər iki məşqçi də işinin öhdəsindən əla gəlir. Yaxın keçmişdə Markus Gisdol da ''Samsunspor''da iz buraxmışdı. Almaniyalı məşqçilər öz ideyaları və sistemləri ilə Türkiyədə fərq yarada bilirlər. Bunu artıq sübut ediblər''.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Dekabr 2025 00:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see265

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see200

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see160

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see152

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see139

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see139

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see138

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see134

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see132

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri