Almaniyanın ən böyük çarter aviaşirkəti öz donanmasından sonuncu ABŞ təyyarəsini çıxarıb
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 14 noyabr, AZƏRTAC
Almaniyanın ən böyük çarter aviaşirkəti olan “Condor” öz donanmasından Amerika istehsalı olan sonuncu təyyarəni çıxarıb və tamamilə Avropa istehsalı “Airbus” avialaynerlərindən istifadə etməyə keçib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, 2025-ci ilin noyabr ayının əvvəlinədək “Condor”un parkında ABŞ istehsalı olan “Boeing 757” təyyarələri qalırdı. Bu dar füzelyajlı avialaynerlər alman aviaşirkəti tərəfindən 1990-cı ildən bəri 35 il ərzində istismar olunurdu. Nazik və uzun füzelyajlı görünüşünə görə onlar “flying pencils”, yəni “uçan karandaşlar” adlandırılmışdı.
2024-cü ildə “Airbus” təyyarələrindən ibarət unifikasiya olunmuş donanmaya keçid çərçivəsində “Condor” köhnəlmiş Amerika istehsalı geniş füzelyajlı “Boeing 767” avialaynerlərindən imtina edib. “Condor”un strategiyası yaxın illərdə donanmanın mərhələli şəkildə yenilənməsini nəzərdə tutur. Orta yaşı 29 il olan “Boeing 767”lərin və orta istifadə müddəti 24 il olan “Boeing 757”lərin istismarının dayandırılması bu strategiyaya tam uyğun gəlir.
Qeyd olunmalıdır ki, “Condor”un donanmasından çıxarılan “Boeing 757”lərin bir qismi Ukraynanın “Skyline Express” aviaşirkətinin parkında peyda olub. 2023-cü ildə bu aviaşirkət əvvəllər almanlar tərəfindən istifadə olunan iki “Boeing 757” əldə edib. Hazırda “Skyline Express” həmin avialaynerlərdən Avropa şəhərlərindən dənizkənarı kurortlara turistlərin daşınması üçün istifadə edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 14 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















