Almaniyanın viza sistemində ciddi dəyişiklik: Yeganə yol məhkəmədən keçəcək
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyaya viza üçün edilən müraciətlərdə dəyişiklik olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, iyulun 1-dən etibarən vizaya müraciətə imtina cavabı verildikdə, artıq əvvəlki kimi remonstrasiya (etiraz məktubu) göndərmək mümkün deyil.
Yəni Şengen və ya milli vizaya rədd cavabı verildiyi təqdirdə, artıq səfirliyə müraciət edib qərarın dəyişdirilməsi mümkün olmayacaq. Yeganə çıxış yolu Berlin İnzibati Məhkəməsində məhkəmə iddiası qaldırmaq və ya yenidən viza üçün yeni sənədlərlə müraciət etməkdir.
Qeyd etmək yerinə düşər ki, sözügedən qərar yalnız bir deyil, bütün ölkələr üçün keçərlidir.
Bu baxımdan, viza sənədlərini daha dəqiq və diqqətli hazırlamaq, mümkün riskləri əvvəlcədən dəyərləndirmək, lazım gələrsə, hüquqi məsləhət almaq tövsiyə olunur.
Mərahim Nəsib
Baxış sayı:133
Bu xəbər 07 İyul 2025 15:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















