Almatıda qızılcaya yoluxma halları artıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 3 mart, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərində qızılca xəstəliyinə yoluxma halları artıb.
AZƏRTAC “Qazinform” agentliyinə istinadla xəbər verir ki, yoluxma halları 2025-ci ilin noyabrından etibarən artmağa başlayıb. Həmin ay 30, dekabrda isə 142 yoluxma qeydə alınıb. 2026-cı ilin əvvəlindən indiyədək 591 təsdiqlənmiş qızılca halı aşkarlanıb. Yoluxanların 94,2 faizini 14 yaşadək uşaqlar təşkil edir.
Məlumatda qeyd olunur ki, virusa yoluxanların 89,1 faizi qızılcaya qarşı peyvənd olunmayıb. Peyvənd olunmuş 37 nəfərdən 36-sı vaksinasiyanı natamam alıb.
Təhsil müəssisələrində sanitar-epidemioloji tədbirlər gücləndirilib.
Mütəxəssislər bildirirlər ki, qızılca və onun ağırlaşmalarının qarşısının alınmasında peyvənd yeganə effektiv vasitədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 03 Mart 2026 17:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















