Icma.az
close
up
RU
ABŞ da qızılcaya yoluxma halları artır

ABŞ da qızılcaya yoluxma halları artır

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yanvar ayından bəri Texasda 505 nəfər, qonşu Nyu-Meksiko, Oklahoma və Kanzas ştatlarında isə 90-dan çox insan qızılcaya yoluxub. Texasda iki uşaq ölüb, Nyu-Meksikoda isə yetkin insanın ölümü araşdırılır.

AZƏRTAC xəbər verir ki, Səhiyyə və sosial xidmətlər Departamentinin (HHS) məlumatına görə, ABŞ-da qızılcaya 600-dən çox yoluxma halı qeydə alınıb.

Filadelfiya Uşaq Xəstəxanasındakı Peyvənd Maarifləndirmə Mərkəzinin direktoru doktor Pol Offitin sözlərinə görə, Texas epidemiyasına minlərlə hadisənin daxil olduğu ehtimal edilir, çünki yoluxma hallarının rəsmi hesablanmasında yalnız laborator şəkildə təsdiqlənmiş halları nəzərə alınır: “Bu, kütləvi qızılca epidemiyasıdır”.

ABŞ pediatrları və yoluxucu xəstəliklər üzrə mütəxəssislər bildirirlər ki, qızılcaya yoluxma hallarının artması ilə mübarizə səhiyyədə vəzifəli şəxslərin peyvəndləməni dəstəkləməməsi və valideynləri çaşdıran sübut olunmamış müalicə üsulları nəticəsində çətinləşir, - deyə “Reuters” yazır.

Amerika Pediatriya Akademiyasının prezidenti doktor Syu Kressli bildirib ki, liderlər bunu bu kimi epidemiyanın öhdəsindən gəlməyin yeganə yolu adlandıraraq, qızılcaya qarşı peyvəndlə bağlı ardıcıl, elmi əsaslı, faktoloji mesajla çıxış etməlidirlər.

Nazirliyə rəhbərlik etdiyi andan uzun müddət peyvəndlərə qarşı çıxış edən nazir kiçik Robert F. Kennedi, qızılcanın yayılmasının qarşısını almaq üçün ən yaxşı üsul olaraq vaksinasiyanı dəstəkləyib. Lakin epidemiyaların qarşısını almaq zərurəti ilə üzləşən əvvəlki səhiyyə nazirlərindən fərqli olaraq, onun şərhləri birmənalı deyil. O, həmçinin ABŞ-da peyvənd nisbətlərinin aşağı düşməsinə baxmayaraq, peyvəndlərin risklərini şişirdib, qidalanma, A vitamini və digər müalicə üsulları ilə bağlı aldadıcı iddialar irəli sürürüb.

“CBS News”a müsahibəsində Kennedi təkrar edib: onun və hökumətin mövqeyi ondan ibarətdir ki, insanlar qızılcaya qarşı peyvənd olunmalıdır.

Lakin bazar günü o, “X”də peyvəndi müdafiə edən, ardınca başqa bir alternativ müalicə üsullarını tərifləyən yazı bölüşüb, bu da xəstəlik üzrə ekspertlərin yeni tənqid dalğasına səbəb olub.

2019-cu ildə Nyu Yorkda qızılcaya 1274 yoluxma hadisəsi qeydə alınıb.

Qızılca adətən hər 1 min hadisəyə 1-3 ölümə səbəb olur. Texasda qızılcadan üç ölüm, 1-3 min arasında hadisənin ola biləcəyini göstərir, deyə epidemioloq doktor Keytlin Cetelina qeyd edib.

Peyvəndlərlə bağlı artan şübhə və dezinformasiya ABŞ-ın yalnız 11 ştatında peyvənd əmsalının 95 faiz və ya daha yüksək olmasına səbəb olub, bu səviyyə peyvəndi almaq imkanı olmayan sakinlərin müdafiəsi üçün lazımdır. Qızılcaya qarşı peyvənd iki dozadan sonra 97 faiz, bir dozadan sonra isə 93 faiz təsirli olur. Peyvənd altı aydan kiçik uşaqlara vurula bilməz, o, adətən uşaq 12 aylıq olana qədər vurulmur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 12 Aprel 2025 20:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see327

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see298

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see295

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see294

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see284

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see266

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see258

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see246

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see243

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see240

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see238

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see236

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see220

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see219

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see219

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see217

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see215

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see211

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see198

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri