Almatıda “Study in Azerbaijan” sərgisi keçiriləcək
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Astana, 3 aprel, AZƏRTAC
Aprelin 7-8-də Almatıda Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin bazasında “Study in Azerbaijan” təhsil sərgisi keçiriləcək.
AZƏRTAC Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyinə istinadla xəbər verir ki, tədbir Azərbaycanın aparıcı universitetlərini bir araya gətirəcək. Onlar təhsil proqramlarını, təqaüd imkanlarını və ölkədə tələbə həyatının özəlliklərini təqdim edəcəklər.
Sərgi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə və tələbələr, eləcə də gənc mütəxəssislərin Azərbaycanda təhsil alması imkanları barədə məlumatlandırılmasına yönəlib.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:Almatıda Azərbaycan universitetləri bir araya gəlir “Study in Azerbaijan” sərgisi
06 Aprel 2026 10:28
Almatıda Azərbaycanın ali təhsil imkanları təqdim olunacaq “Study in Azerbaijan” sərgisi
06 Aprel 2026 10:40
ADNSU Almatıda keçirilən “Study in Azerbaijan” sərgisində yüksək səviyyədə təmsil olundu FOTO
07 Aprel 2026 14:11
Özbəkistanda “Study in Azerbaijan” təhsil sərgisi keçirilir FOTOLAR
31 May 2025 15:38
Emin Əmrullayev “Study in Azerbaijan” təhsil sərgisində Fotolar
06 Aprel 2026 23:35
Baxış sayı:116
Bu xəbər 03 Aprel 2026 17:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















