Tbilisidə “Study in Azerbaijan” təhsil sərgisi keçirilir
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Study in Azerbaijan” təhsil sərgisi keçirilir.
XQ xəbər verir ki, “Study in Azerbaijan” layihəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə təşkil olunan sərgidə ölkəmizin ali təhsil müəssisələri təmsil olunur.
Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycan universitetlərinin təhsil proqramları, ixtisaslar, qəbul qaydaları, təhsil haqları və təqaüd imkanları barədə məlumat verilməsi, universitet nümayəndələri ilə birbaşa ünsiyyət imkanının yaradılması nəzərdə tutulur.
Sərginin əsas məqsədi Azərbaycanın ali təhsil imkanlarını Gürcüstanda tanıtmaq və gənclərin ölkəmizdə təhsilə marağını artırmaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 17 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















