Alonso onu istəyən Real a Ançelotti ilə bağlı inanılmaz şərt irəli sürdü
Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Real Madrid”də Karlo Ançelottinin karyerası və Xabi Alonsonun mümkün gəlişi ilə bağlı yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Alonso “Real”a şərt irəli sürüb. İspaniya mətbuatında yer alan xəbərlərə görə, Alonso bildirib ki, o, Madrid klubunun baş məşqçisi vəzifəsini yalnız Ançelotti öz istəyi ilə postunu tərk edəcəyi təqdirdə qəbul edə bilər. “Sport” nəşri qeyd edib ki, Alonsonun “Real”da işləmək üçün ən böyük şərti Ançelottinin qovulmamasıdır. Alonso “Real” rəhbərliyinin onu kluba gətirmək üçün Ançelottinin qovulmasını istəmir. Bildirilir ki, bu tələb Madrid administrasiyası üçün mürəkkəb vəziyyət yaradır. Çünki Ançelotti La Liqa və Çempionlar Liqası yarışında uğurlar əldə edir. Digər tərəfdən, Alonsonun “Bayer Leverkuzen”lə müqaviləsi 2026-cı ildə yekunlaşır.
Qeyd edək ki, Xabi Alonso ötən mövsüm “Liverpul” və “Bavariya”dan gələn təklifləri rədd edərək klubunda qalıb. Bundan əvvəl, Ançelotti mövsümün sonunda “Real”dan ayrılacağı ilə bağlı iddiaları rədd edib. Ançelotti klubda qalmaq istədiyini ifadə edib. İddiaları təkzib edən Ançelotti, “Mən və klub mümkün olduqca birlikdə davam etmək istəyirik” deyə bildirib. Ançelotti “Real” rəhbərliyinin ona etimad göstərdiyini ifadə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Yanvar 2025 20:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















